İmran Xan səhhətinin pisləşdi
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Pakistanın keçmiş baş naziri, Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının qurucusu İmran Xan özü və həyat yoldaşı Buşra Bibinin səhhətinin pisləşdiyini bildirərək tibbi yardım göstərilməsi üçün ölkənin ali məhkəmələrinin rəhbərlərinə açıq məktub ünvanlayıb.
"Dawn” qəzetinin məlumatına görə, İmran Xan məktubu Federal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və İslamabad Ali Məhkəməsinin baş hakimlərinə göndərib.
Onun vəkili noyabrın 2-də və 11-də həbsxanada İmran Xanla görüşüb.
Keçmiş baş nazir noyabrın 11-də keçirilən görüş zamanı məktubdakı fikirlərinin hakimlərə çatdırılmasını istəyib.
İmran Xan məktubunda hazırda təkadamlıq kamerada saxlanıldığını və səsinin həbsxana divarlarından kənara çatdırılması üçün bunun yeganə vasitəyə çevrildiyini bildirib.
O, həyatı boyu xəstəxanalar tikərək maddi imkanı olmayan insanların pulsuz müalicə almasına çalışdığını vurğulayıb: "Bütün həyatımı müalicə xərclərini qarşılaya bilməyən insanların pulsuz tibbi yardım ala bilməsi üçün xəstəxanalar tikməyə sərf etmişəm. Bu gün isə yalnız özümün və həyat yoldaşımın müalicə olunmasını xahiş edirəm”.
O, məhkəmələrdən həm özünün, həm də həyat yoldaşı Buşra Bibinin səhhətinin nəzərə alınmasını və onların lazımi tibbi müalicə ilə təmin olunmasına müdaxilə etmələrini istəyib.
Sabiq Baş nazir zəruri xidmət göstərilmədiyi halda, ölə biləcəyi ilə bağlı da xəbərdarlıq edib.
Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq, vəzifədən kənarlaşdırılıb. O, 2023-cü ilin avqustunda korrupsiya ittihamı ilə həbs edilib. İmran xan və tərəfdarları həbs qərarını siyasi motivli hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Noyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















