Icma.az
close
up
RU
ABŞ səfiri rüşvətlə təyin edilib? Araşdırma aparılır

ABŞ səfiri rüşvətlə təyin edilib? Araşdırma aparılır

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyl və onun rəhbərlik etdiyi səfirlik barəsində araşdırmaya başlanılıb. Araşdırma səfirin 100 min dollarlıq kredit kartı borcunun ödənilməsi ilə bağlı irəli sürülən iddialarla əlaqədardır.

Bu barədə "NBC News" qərardan məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin Baş müfəttişinin ofisi tərəfindən başladılan araşdırma hüquqşünas, məsləhətçi, həmçinin ABŞ Prezidenti Donald Trampın uzunmüddətli tərəfdarı və maliyyə dəstəkçisi Erik Ditersin iddialarından sonra gündəmə gəlib.

Diters iddia edir ki, 2025-ci ildə Qilfoylun səfir vəzifəsinə namizədliyinin təsdiqi ilə bağlı dinləmələrdən əvvəl o, 100 min dollarlıq "American Express” kredit kartı borcunu ödəməyi xahiş edib. Bunun müqabilində isə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə əlaqə yaratmaq imkanı təklif olunub.

"Onun həmin 100 min dollara ehtiyacı var idi. Bu, xidmətlərin mübadiləsi idi”, – deyə Diters "NBC News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, daha əvvəl "Fox News” telekanalında çalışan Qilfoyl Trampın seçki kampaniyasını fəal şəkildə dəstəkləyib və prezidentin oğlu Donald Tramp kiçiyin nişanlısı olub.

Diters iddia edir ki, Qilfoyl ona Trampın ətrafında istənilən məsələ ilə bağlı müraciət edə biləcəyini bildirib. O, həmçinin "NBC News"a mətn mesajlarının və "Signal” tətbiqindəki yazışmaların yer aldığı PDF faylı təqdim edib. Həmin yazışmalar daha əvvəl "The Wall Street Journal” nəşrində dərc olunub.

Yazışmalardan birində Qilfoylun pulun birbaşa "American ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyl və onun rəhbərlik etdiyi səfirlik barəsində 100 min dollarlıq kredit kartı borcunun ödənilməsi ilə bağlı irəli sürülən iddialara görə araşdırma başladılıb.

ABŞ Dövlət Departamentinin Baş müfəttişinin ofisi tərəfindən aparılan araşdırma hüquqşünas və Donald Trampın maliyyə dəstəkçisi Erik Ditersin ittihamlarına əsaslanır. Diters iddia edir ki, 2025-ci ildə Qilfoylun səfir vəzifəsinə namizədliyi təsdiqlənməzdən əvvəl o, 100 min dollarlıq "American Express” kredit kartı borcunu ödəməyi xahiş edib. Bunun müqabilində isə ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə əlaqə yaratmaq imkanı təklif olunub. Yazışmalara görə, səfir pulun birbaşa şirkətə köçürülməsini və beləcə ödənişin gizli qalmasını istəsə də, Diters nəticədə bu məbləği ödəmədiyini bildirib.

Qilfoylun vəkili yazışmaların həqiqiliyini təkzib etsə də, hansı materialların etibarsız olduğunu dəqiqləşdirməyib. Ağ Ev məsələyə şərh verməkdən imtina edib, ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə yekun nəticə çıxarmağa tələsməməyə və faktların araşdırılmasını gözləməyə çağırıb. Eyni zamanda, Konqresdə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin demokrat lideri Qreqori Miks Dövlət katibi Marko Rubioya məktub göndərərək iddialarla bağlı əlavə məlumat istəyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti əvvəllər də oxşar diplomatik pozuntuları araşdırıb. Donald Trampın ilk prezidentlik dövründə ABŞ-nin Böyük Britaniyadakı səfiri Vudi Conson əməkdaşlarına qarşı yolverilməz ifadələr işlətməkdə, 2024-cü ildə isə Sinqapur səfiri Conatan Kaplan işçiləri hədələməkdə və 48 min dollarlıq ezamiyyət xərclərində şəffaflığı pozmaqda ittiham olunub.

///sfera.az///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Oktyabr 2026 07:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri