Icma.az
close
up
RU
Kəlbəcər qədim tarixdən parlaq gələcəyə ŞƏRH

Kəlbəcər qədim tarixdən parlaq gələcəyə ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Kəlbəcər şəhəri günü həm də Azərbaycanın müharibədən sonrakı quruculuq və inkişaf strategiyasının mühüm nəticələrini nümayiş etdirir. Bu tarix 30 ilə yaxın işğal altında qalmış Kəlbəcərin azadlığa qovuşmasını, doğma torpaqlarından didərgin salınmış insanların qayıdışına yol açan yeni mərhələnin başlanmasını ifadə edir.

Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən strateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. İşğal zamanı 511 mülki şəxs öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü, rayonun 53 mindən artıq sakini doğma yurdlarından didərgin salındı. Yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət obyektləri dağıdıldı, rayonun maddi sərvətləri talan edildi. İllərdir torpaqlarımızı işğal altında saxlayan erməni vandallarının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmi və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət 2020-ci ildə tarixi nəticə ilə yekunlaşdı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın birliyi, güclü ordumuz və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərlə başa çatdı. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. 2020-ci il noyabrın 10-da imzalanan birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. 10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin. Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətinin nəticəsidir. Noyabrın 25-də Kəlbəcər rayonu artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi Müzəffər Ali Baş Komandan tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş qəhrəmanlarımıza göstərilən ali diqqətin təzahürüdür. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
İşğaldan azad edilən digər rayonlarımız kimi Kəlbəcər də bu gün yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır. Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə səfərləri mühüm əhəmiyyət kəsb edib. 2024-cü il mayın 1-də təsdiq edilmiş Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Plana əsasən, 2040-cı ilədək şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır. Dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri və digər sosial obyektlərin inşası nəzərdə tutulur. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması da layihənin mühüm xüsusiyyətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində yaşayış kompleksləri inşa edilir, kəndlərin bərpası istiqamətində layihələr həyata keçirilir. 524 ailəlik yaşayış məhəlləsinin yaradılması, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması bu prosesin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı artıq kəlbəcərlilərin öz yurd-yuvalarına qayıtdığını və burada əbədi xoşbəxt, təhlükəsiz yaşayışları üçün güclü Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını da diqqətə çatdırdı. Sözsüz kəlbəcərlilərin öz ata-baba ocaqlarına qayıdışı təkcə bir demoqrafik bərpa deyil, həm də mənəvi ədalətin bərpasıdır. Uzun illər həsrətlə qalan insanlar evlərinə, torpaqlarına, ata-baba yurdlarına qayıdaraq bu torpağa yenidən nəfəs verirlər. Bu qayıdışla birlikdə Kəlbəcərdə həyat yenidən canlanır, kəndlər yenidən qurulur, insanlar öz gələcəklərini məhz bu torpaqda qurmağa başlayırlar.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri