Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

ABŞ səfirliyi izahat verməlidir Azərbaycandan TƏLƏB

ABŞ səfirliyi izahat verməlidir Azərbaycandan TƏLƏB

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"27 iyun 2025-ci il cümə gününə planlaşdırılan ABŞ Müstəqillik Günü qəbulunun bölgədəki son hadisələrə görə təxirə salındığını təəssüflə bildiririk", - məlumatda qeyd edilib.

Belə ki, son günlərdə, xüsusilə İranın nüvə obyektlərinə endirilən hava zərbələri və ardınca ABŞ-nin regiondakı diplomatik nümayəndəliklərini təxliyə etməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir. ABŞ bu hadisələrdən sonra təhlükəsizlik tədbirlərini sərtləşdirib, vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib. Ərbildəki konsulluğun boşaldılması, Bağdaddakı səfirliyin işçilərinin ölkədən çıxarılması da onu göstərir ki, Vaşinqton hər ehtimala qarşı hazır vəziyyətə keçib.

Təhlükəsizlik məsələləri yalnız Yaxın Şərqlə məhdudlaşmır. Azərbaycan kimi sabit və müttəfiq sayılan bir ölkədə də ABŞ-nin tədbirləri təxirə salması göstərir ki, Vaşinqton bu dəfə çox ehtiyatlı davranır. İndiki gərgin fon həm də belə bir sual doğurur:

ABŞ səfirlik tədbirini ləğv etməklə sadəcə ehtiyatlı davranır, yoxsa mümkün yeni qarşıdurmalara hazırlaşır? ABŞ-nin Bakıdakı səfirliyində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təkcə Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır? Yoxsa Vaşinqton daha genişmiqyaslı bir müharibənin başlanacağından ehtiyat edərək addımlarını indidən ölçüb-biçir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov ABŞ-nin Azərbaycana səfir təyin etməməsini, bu təyinatın uzanmasını və eyni zamanda Müstəqillik Günü qəbulunun təxirə salınması məsələsinin İran-İsrail arasında baş verən proseslərlə birbaşa əlaqəli olduğunu düşünmür:


"Hazırda ABŞ-də 4 iyul Müstəqillik Günü kimi qeyd olunur və Bakıda keçiriləcək rəsmi qəbul da bu münasibətlə 27 iyuna planlaşdırılmışdı. Lakin tədbirin təxirə salınmasına səbəb kimi bölgədəki son hadisələr göstərildi. Hesab edirəm ki, bu izah yetərli deyil.

Birincisi, İranla İsrail arasında yaşanan son 12 günlük qarşıdurma artıq başa çatıb. Tərəflər ABŞ-nin iştirakı ilə  atəşkəsə nail oldular və hazırda nə İran tərəfindən, nə də İsrail tərəfindən qarşılıqlı hücumlar müşahidə olunmur. Ən azından bu günə qədər belə bir xəbər eşitməmişik.

İkincisi, hətta bu proseslər davam edirdi deyə fərz etsək belə, Azərbaycanda təkcə ABŞ-nin səfirliyi fəaliyyət göstərmir. Bir çox ölkələrin səfirlikləri var və hamısı da öz işini davam etdirir. Onlardan heç biri fəaliyyətini dayandırmayıb, tədbirini təxirə salmayıb. Yəni görünən budur ki, təhlükə varsa, o, təkcə ABŞ səfirliyi üçün keçərlidir, digər ölkələr üçün yox? ABŞ-nin bu iddiaları ziddiyyətlidir.

Əksinə, İranda vəziyyət gərginləşəndə bir çox ölkələr öz səfirlik və konsulluqlarını Azərbaycan ərazisinə köçürdü. Bu da onu göstərir ki, Azərbaycan təhlükəli məkan kimi deyil, əksinə, daha təhlükəsiz və sabit bir ölkə kimi qəbul olunur. Belə olan halda, ABŞ səfirliyinin tədbiri təxirə salması və bunu təhlükə ilə izah etməsi, ən azından gerçək vəziyyətlə uzlaşmır. Ola bilər ki, bölgədə hər zaman müəyyən təhlükələr ola bilər. Bu, istənilən region üçün keçərlidir. Amma bu o demək deyil ki, Azərbaycan ərazisində xüsusi bir təhlükə var və diplomatik tədbirlər buna görə ləğv edilməlidir.

Əgər doğrudan da belə bir təhlükə olsaydı, digər ölkələr də öz tədbirlərini dayandırar, vətəndaşlarına xəbərdarlıq edərdi. Amma belə bir hal müşahidə olunmur. Hazırda Bakıda hər hansı bir qeyri-adi, təhlükəli vəziyyət müşahidə etmirik. Diplomatik nümayəndələr sərbəst hərəkət edir, tədbirlər keçirilir. Heç bir səfirlik təhlükə bəhanəsi ilə işini dayandırmayıb.

Düşünürəm ki, tədbirin təxirə salınması qərarının arxasında başqa səbəblər dayana bilər. ABŞ-nin İranla İsrail arasında baş verənlərə müdaxilə etməsi, sonradan tərəfləri sülhə çağırması, hərbi bazalara ehtimal olunan təhdidlər bunların heç birinin Azərbaycanla əlaqəsi yoxdur.Çünki Azərbaycanın ərazisində ABŞ-nin hərbi bazası yoxdur və iki ölkə arasında münasibətlər də məlumdur - nə müttəfiq səviyyəsində, nə də düşmənlik şəraitindədir.Qeyd edim ki, əgər bu tədbir ləğv olunubsa, onun səbəblərini izah etmək Azərbaycan tərəfinin deyil, məhz tədbiri təşkil edən və son anda təxirə salan tərəfin borcudur. Onlar açıq şəkildə bildirməlidirlər ki, bu qərarın arxasında hansı real əsaslar dayanır.

Politoloq Tural İsmayılov isə bildirib ki, bölgədə gərginlik vardı və təbii ki, Cənubi Qafqaza yaxın regionda, İraqda Amerika bazalarının bombardman edilməsi bu vəziyyətə təsirsiz ötüşə bilməzdi:

"Bu baxımdan da, Müstəqillik Günü ilə bağlı qəbulun təxirə salınmasının birbaşa Amerikanın İrana hücumları ilə bağlı olduğunu düşünürəm. Amerika dünyanın bir çox ölkələrində səfirliklərdə təşkil etdiyi tədbirləri təxirə saldı və bu, genişmiqyaslı təhlükəsizlik yanaşmasının tərkib hissəsidir.
Digər bir tərəfdən, ABŞ-nin Azərbaycana səfir təyin etməməsi, Trampın yeni formalaşmış hakimiyyətinin konsul və diplomat təyinatına diqqətli yanaşmasının göstəricisidir.

Yəni bunun sırf Azərbaycana fokuslanmış özəl bir situasiya olduğunu düşünmürəm. Çünki doğrudan da, Trampın inauqurasiyasından sonra həm Azərbaycan, həm də ABŞ tərəfindən verilən qarşılıqlı mesajlarda, bəyanatlarda biz açıq şəkildə görürük ki, ABŞ Azərbaycanda əməkdaşlığa diqqət edir və bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı tərəf kimi iştirak etməyə çalışır. 

Hazırda Vaşinqtonun daxili planlarının bilmirik və mən bunun daha çox prosedur xarakterli məsələ olduğunu düşünürəm. Yəni Amerikanın hələ də Azərbaycana səfir təyinatını gerçəkləşdirməməsi və burada müəyyən diplomatik prosesin uzanması Azərbaycana fokuslanmış bir problematik deyil".

Səbinə Uğur 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyun 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri