Icma.az
close
up
RU
Azərbaycandan sonra iki tələb də Suriyadan gəldi

Azərbaycandan sonra iki tələb də Suriyadan gəldi

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Rusiya Suriyanın yeni hökumətinin tələblərini yerinə yetirmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert iki ölkə arasındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya ən böyük pisliklərdən birini Suriya xalqına edib. Əslində, Bəşər Əsəd rejimi 10 il əvvəl devrilməliydi. Suriya xalqı qayağa qalxmış, müxalif silahlılar Dəməşqə yaxınlaşmışdılar. Əsəd təcili Moskvaya getdi, rusiyalı həmkarı Putinə yalvardı, dəstək istədi. Putin əmr verdi, Rusiya təyyarələri müxalif qüvvələrin mövqelərini bombalamağa başladı, sonra Moskva Suriyada ikinci hərbi bazasını yaratdı, “Vaqner” muzdluları bu ölkəyə göndərildi.

Ədalət naminə onu da deyək ki, Rusiya o dönəmdə Suriyada terrorçu İŞİD-in də mövqelərini bombalayırdı. Ancaq bu bombalama zamanı şəhərlər dağılır, mülki insanlar da həlak olurdular. Bunlar nəyin naminə baş verdi? Əsəd onsuz da devrildi.

Rusiya Əsədin üstündən xətt çəkdikdən sonra Dəməşqə nümayəndəsini göndərib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Dəməşqdə Suriyanın yeni lideri Əhməd Şəra ilə görüşüb. Dəməşq hələlik Rusiyanın Suriyanın hərbi dəniz limanındakı fəaliyyətinin əleyhinə deyil, ancaq iki tələbi var. Birincisi, Rusiya Suriyada yaratdığı dağıntılara görə təzminat ödəməli, ikincisi, Əsəd və yaxın ətrafını ekstradisiya etməlidir”.

Elxan Şahinoğlu qeyd edib ki, Dəməşq bu tələblərində haqlı olsa da, Kreml bunları yerinə yetirməyəcək:

“Təsadüfi deyil ki, Kreml Dəməşqin tələblərini cavab verməkdən yayınıb. Dəhşətlidir, Suriya və Ukraynanı bombalayır, hər iki ölkədə mülki insanları öldürür, Azərbaycana məxsus sərnişin təyyarəsini raketlə vurur, vətəndaşlarımız həlak olur və bütün bunlara görə məsuliyyətdən yayınmağa çalışırlar”.

Xatırladaq ki, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Bakı Moskvaya qarşı üzr, təzminat, bunda məsuliyyət daşıyanların cəzalandırılması və digər tələbləri irəli sürüb. Moskva hələlik tələbləri yerinə yetirməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 29 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri