Icma.az
close
up
RU
ABŞ səfirliyinin AzTVyə cavabı və mərdlik dartışmasına sözardı

ABŞ səfirliyinin AzTVyə cavabı və mərdlik dartışmasına sözardı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın Azərbaycandakı səfirliyi X platformasındakı hesabında AzTV-nin efirində - "Həftə" proqramında Rövşən Məmmədovun çıxışı ilə bağlı paylaşım edib.

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqları haqqında tənqidi çıxışına toxunub.

Rövşən Məmmədov Blinkenin məlum bəyanatlarının qərəzli olduğunu deyib və bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Maltada Entoni Blinkenin vasitəçiliyi ilə görüşməkdən imtina etdiyinə görə ABŞ dövlət katibi "Azərbaycandan qisas almağa çalışır".

Rövşən Məmmədov deyib: "Bizim düşüncəmiz belədir ki, dostluğu da, elə düşmənçiliyi də mərd-mərdanə, yəni kişi kimi aparmaq lazımdır. Bir tərəfdən, sülhdən danışıb, o biri tərəfdən, Ermənistan baş nazirini iqtisadi məsələ adı altında Brüsselə çağırıb təlimatlandırmaq, vasitəçilərsiz danışıqlara və sülh razılaşmasına mane olmaq mərdlik deyil".

Buna cavab olaraq isə, səfirliyin paylaşımında deyilir: "Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin apardığı təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqqerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır?"

Səfirliyin cavabında Rövşən Məmmədovun toxunduğu əsas məsələlərdən yan keçilib. Jurnalistin şərhində əsas vurğu ABŞ-ın Azərbaycana qarşı Ermənistanı təlimatlandırması, sülh razılaşmasına mane olması üzərinə qoyulur. Eyni zamanda ABŞ-ın Fransa və Hindistanla yanaşı Ermənistanı silahlandırması faktı da var. Ermənistana təyyarələrlə silah-sursat daşınması haqda faktlar, dəlillər, görüntülər var. Səfirliyin cavabında bu haqda bir kəlmə də yoxdur; ABŞ diplomatik nümayəndəliyi mətləbi 2023-cü ilin noyabrından bəri aparılan həbslərə gətirir. Halbuki Rövşən Məmmədovun qaldırdığı məsələlər həmin həbslərdən heç də az əhəmiyyətli deyil.

Həbs olunanların etdiyi hərəkətərə və/və ya hərəkətsizliklərə hüquqi qiyməti ilkin mərhələdə istintaq, son nəticədə isə məhkəmə verir. ABŞ dövlət katibinin və səfirliyin verdiyi qiymət isə sırf siyasi yanaşmadır. Hüquqi prosedurlara siyasi müdaxiləni hökumət qəbul etmir. Üstəlik Azərbaycanı tənqid edən ABŞ-ın özündə son dörd ildə - Bayden administrasiyası dövründə Amerika məhkəmələrinə xalqın inamı tarixdə ən aşağı səviyyəyə - 35 faizə enib.

Bunu biz demirik, Rövşən Məmmədov da demir, ABŞ-ın dünyaca məşhur Gallup mərkəzinin keçirdiyi sosial tədqiqatın nəticələri deyir. Amerikalı hüquqşünaslar, ekspertlər bu nəticələri şərh edərkən öz ölkələrində məhkəmələrin siyasi alətə çevrildiyini söyləyirlər. Bu haqda The New York Times geniş məqalə dərc edib, həmin rəqəmləri açıqlayıb. Bu göstəriciyə görə, ABŞ Myanma, Suriya və Venesuela kimi ölkələrin səviyyəsinə düşüb. Bizimyol.info da bu nəticələri ətraflı şərh edib.

Yaradıcı və fəaliyyət potensialı olan gənc insanların müəyyən cinayət əməllərinə görə həbs edilməsi, əlbəttə, bizdə də narahatlıq doğurur. Ancaq konkret cinayətlərə görə irəli sürülmüş konkret ittihamlar var. İstintaq yekunlaşmadan və məhkəmənin qanuni qüvvəyə minmiş ədalətli hökmü ortada olmadan kiminsə əvvəlcədən günahkar və ya günahsız elan edilməsi ABŞ-ın özünün də bəyan etdiyi dəyərlərə ziddir.

Bir tərəfdən, hamının qanum qarşısında bərabər olduğunu demək, o biri tərəfdən isə, bəzi insanları ayırıb qanundan yuxarıda qoymaq, yumşaq desək, ziddiyyətli mövqedir.

Azərbaycanda son vaxtlar həbs olunanlar təkcə jurnalistlər və blogerlər deyil, hərbçilər də həbs olunur, diplomatlar da, maliyyəçilər də, hakimlər də... Bu siyahını genişləndirmək də olar. Ancaq heç bir Qərb institutu deməyib ki, filankəs hərbçi olduğuna görə tutulub, ya diplomat olduğuna görə. Ortaya konkret cinayətlər üzrə tövsiflər qoyulur.

Məsələyə siyasi yanaşma bir şeydir, hüquqi qiymət başqa bir şey. Təqsirsizlik prezumpsiyasının pozulması təkcə şəxsin məhkəmə hökmü olmadan təqsirkar sayılması deyil, həm də müttəhimin apriori təqsirsiz sayılmasıdır. Hüquqi yanaşma, qanunçuluq düşüncəsi məhkəmənin qərarını gözləməyi zəruri edir.

Əvvəl də yazdığımız kimi, hüquqi məsələyə xarici dövlətin siyasi mövqedən yanaşması başqa dövlətin daxili işlərinə qarışmaq deməkdir. Bu isə suverenliyə qəsd anlamına gəlir və heç bir suveren dövlət bunu qəbul etmir, o cümlədən, Qərb dövlətləri.

Bəli, deyə bilərlər ki, insan haqları universaldır; İnsan hüquq və azadlıqları Konvensiyasına qoşulmuş ölkədə bu, ölkənin daxili işi olmaqdan çıxır. O halda da yenə hüquqların pozulması şifahi iddia kimi yox, təkzibolunmaz dəlillərlə əsaslandırılmalıdır.

Amma məsələnin başqa bir yanı da var: xarici fondların, donor təşkilatların Azərbaycanda həyata keçirmək istədiyi layihələr ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Qanun belə tələb edir. Əgər qanunun aliliyindən danışılırsa, ola bilməz ki, ABŞ hüquq dövləti olaraq, başqa bir ölkədə, konkret olaraq, Azərbaycanda bir qanunun aliliyini müdafiə etsin, başqa qanunun aliliyini yox. Bunu təsəvvür etmək belə mümkün deyil. Bu cür yanaşan ölkənin özünün hüquq dövləti olduğuna şübhə yaranar.

Əgər konkret xarici fond, hansısa donor təşkilat, Azərbaycanda media orqanı, yaxud qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən qurumlara, şəxslərə öz ölkəsinin qanunvericiliyindən yan keçməklə maliyyə ayırırsa, deməli, həmin qurumları və ya şəxsləri qəsdən qanunsuzluğa cəlb edir, bilərəkdən öz dövləti qarşısında qanun qaçağına çevirir.

Ola bilməz ki, o təşkilatların və fondların Azərbaycan qanunlarından xəbəri olmasın. Belə çıxır ki, Azərbaycan vətəndaşları arasından seçib maliyyələşdirdikləri insanları öz dövləti ilə üz-üzə qoyurlar. Halbuki xarici donorlar qrant ayırdıqları qurumlar və şəxslər qarşısında özləri şərt qoymalı idi ki, layihələri öz ölkəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirsin. Öz ölkəsində bank hesabı açsın və sair.

Hə, o fond deyə bilər ki, hər kəs öz ölkəsinin qanunları ilə işləyir və Azərbaycanın qanunu xarici təşkilat üçün məcburi deyil. O halda da tərəfdaşlıq etdiyi Azərbaycan vətəndaşlarına bunu ən azı tövsiyə etməlidir. Çünki tərəfdaş qurumların, şəxslərin təhlükəsizliyidə, layihələrin davam etməsində donorlar birbaşa maraqlı olmalıydılar axı. Elə deyilmi?! Əgər başqa məqsədləri yoxdursa.

Belə çıxır ki, həmin şəxslər - Azərbaycan vətəndaşı olan fəallar və sair fəaliyyət göstərdikləri müddətdə xarici dairələrə tərəfdaş, yaxud icraçı, "öz adamları" kimi lazımdır, elə ki ilişdilər, tutuldular, onda da yenə həmin dairələrə "siyasi məhbus", "vicdan məhbusu" kimi hökumətə təzyiq üçün gərəkdirlər.

Son zamanlar bu qəbildən olan heç bir kəsi dövlət həmin xarici dairələrin təsiri ilə azad etməyib. Əksinə dəstə-dəstə yeni adamlar tutulur.

Mənə çox maraqlıdır: həmin o məlum xarici dairələr buraxdıra bilməyəcəkləri adamların tutulmasına niyə şərait yaradırlar?! Cavan ömürlərin illərlə həbsxanada çürüməsinə niyə bais olurlar?!

Sonra Bakıya gəlib məhbus ailələri ilə quruca təsəlli fotosu çəkdirmək üçün?!

Odur ki, həmkarım Rövşən Məmmədovun mərdlik, mərdanəlik haqda dediklərini çox da qəribçiliyə salmaq lazım deyil.

Bəli, ABŞ səfirliyinin dediyi kimi, "2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqqerin həbs edilməsi artıq bir faktdır". Bunun səbəbini soruşmaq da namərdlik deyil. Bu da doğrudur.

O zaman ortaya belə bir sual da çıxır: əgər bu şəxsləri həbs edən varsa, həbs etdirənin də kimliyini və məqsədini soruşmaq lazım deyilmi?!

Əlbəttə, lazımdır.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri