ABŞ senatoru tribunadan Trampı 25 saat ərzində tənqid edərək yeni rekorda imza atıb
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
ABŞ-ın demokrat senatoru Kori Buker 25 saat 5 dəqiqə danışaraq Senatda ən uzun tək çıxışa görə yeni rekorda imza atıb. O, 1957-ci ildə 24 saatlıq çıxışı Mülki Hüquqlar Aktına hücum edən respublikaçı senator Strom Termond tərəfindən müəyyən edilmiş əvvəlki rekordu üstələyib.
“The Guardian” yazır ki, Bukerin bazar ertəsi saat 19:00-da başlayan çıxışı heç də əngəl törətməyib. Senator bildirib ki, onun məqsədi prezident Donald Tramp administrasiyasının demokratiya və ABŞ xalqı üçün yaratdığı “ciddi və təcili” təhlükəyə diqqəti cəlb etməkdir.
"Mən fiziki olaraq bunu edə bildiyim müddətdə Birləşmiş Ştatların Senatının normal fəaliyyətini pozmaq niyyəti ilə ayağa qalxıram," o deyib. Mən bu axşam tribunaya qalxıram, çünki ölkəmizin böhran içində olduğuna həqiqətən inanıram."
"Cəmi 71 gün ərzində ABŞ prezidenti təhlükəsizliyə, iqtisadiyyata və demokratik əsaslara ciddi ziyan vurub,"- Buker deyib. Biz anormal dövrlərdə yaşayırıq və onlara normal davrana bilmərik."
Müəyyən məqamlarda o, Demokratlar Partiyasındakı həmkarlarından, o cümlədən Senatdakı fraksiya lideri Çak Şumerdən kömək alıb, yəni o Bukerə sual verib,buda ona bir az dincəlməyə icazə verib. "Siz orta sinfə zərər verən, yoxsul insanlara, Amerikaya və iqtisadiyyatımıza zərər verən ədalətsizliklər haqqında suallar qaldırırsınız," Şumer bildirib.
Buker çıxışının 20-ci saatında ölkədəki siyasi ab-havaya görə üzr istəyib və partiyasının məsuliyyətini etiraf edib. "Etiraf edirəm ki, mən qeyri-adekvat idim. Demokratlar bu demaqoqun hakimiyyətə gəlməsinə icazə verdi," o vurğulayıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















