“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI Supermarketlər boşaldılır
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın paytaxtı Vaşinqton fövqəladə hava şəraitinə hazırlaşır: sakinlər rekord qarlı fırtınanın yaxınlaşması səbəbindən panik vəziyyətdə supermarketlərin ərzaq bölmələrini boşaldırlar.
"Ölkə.az" xəbər verir ki, şəhərin iri ticarət obyektlərində təzə ət, quş əti, balıq və tərəvəzlər tamamilə satılıb, yarımfabrikatların soyuducuları isə boş qalıb.
Müxbirinin məlumatına görə, əvvəlcədən ehtiyat etməyə imkan tapmayan sakinlər sürətlə boşalan mağaza rəflərində qalan az məhsullar arasından seçim etməyə məcburdurlar. Mağaza əməkdaşlarından biri vəziyyətin ciddiliyini təsdiqləyərək bildirib ki, logistika zəncirləri təhlükə altındadır:
“Səhər gələn təchizatlar, əgər gecə qar yağsa, çatdırılmada problemlər yarada bilər,” - deyə o açıqlayıb.
Vəziyyəti kəskin soyuq hava daha da çətinləşdirir. Vaşinqtonda temperatur artıq -10 dərəcəyə düşüb. Rəsmilər 30 santimetrədək qar və şəhərin həyatını iflic edə biləcək ekstremal soyuqların proqnozlaşdırıldığını bildirirlər.
ABŞ Prezidenti Donald Tramp isə milləti fövqəladə vəziyyətlə bağlı şəxsən xəbərdar edərək, qasırğanı gücünə görə “tarixi” adlandırıb.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Yanvar 2026 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















