ABŞ Silahlı Qüvvələri İranın 155 dən çox gəmisinə zərbə endirdiyini bildirib
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İslam Respublikasının 155-dən çox gəmisinə zərər vurub və ya məhv edib.
"Report"un məlumatına görə, bu iddia ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən irəli sürülüb.
Məlumatlara görə, 6 aprelə qədər İranın 155-dən çox gəmisi ya "məhv edilib və ya zədələnib". Bundan əlavə, "Epik qəzəb" əməliyyatının bir hissəsi olaraq ABŞ hərbçiləri 13 mindən çox hədəfə zərbə endirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edərək hücumlara başlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 07 Aprel 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















