ABŞ son illərdə ilk dəfə olaraq “Şimali Viking” təlimlərində iştirak etmir
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ ordusu onilliklər sonra ilk dəfə NATO-nun İslandiyada keçirilən “Şimali Viking” təlimində iştirak etmir.
Yeniavaz.com “Politico”ya istinadən xəbər verir ki, təlimdə NATO müttəfiqləri Rusiya sualtı qayıqlarının aşkarlanması və onlara qarşı mübarizə aparılması üzrə məşqlər keçirirlər.
Təlimlərdə Kanada, Fransa, Almaniya, Belçika, Litva və digər NATO ölkələrinin hərbi gəmiləri, təyyarələri və sualtı qayıq əleyhinə qüvvələri iştirak edir.
ABŞ hərbi qüvvələri təlimdə gəmi və ya təyyarə ilə təmsil olunmasa da, amerikalı hərbçilər İslandiyadakı Keflavik bazasında yeni obyektlərin tikintisini davam etdirir və təlimlərin planlaşdırılmasına cəlb olunublar.
İslandiyanın yerləşdiyi GIUK boşluğu NATO üçün strateji əhəmiyyət daşıyır. Bu ərazi Rusiyanın sualtı qayıqlarının Arktikadan Atlantik okeanına çıxışının izlənilməsi baxımından mühüm hesab olunur.
ABŞ-nin təlimdə iştirak etməməsi Vaşinqtonla Avropa müttəfiqləri arasında artan fikir ayrılıqları və ABŞ hərbi qüvvələrinin Avropadakı rolunun azalması fonunda diqqət çəkir.
Bu mövzuda digər xəbərlər:Viking qızılı: Misilsiz bir xəzinə kəşf edilib
11 May 2026 14:03
Norveçdə Viking dövrünə aid ən böyük xəzinə tapıldı
30 Aprel 2026 19:17
Şimali Koreyalı hərbçi ilk dəfə olaraq əsir götürülüb
11 Yanvar 2025 21:37
Şimali Koreya rəsmi olaraq müharibədə iştirak edir: Qoşunlar ilk dəfə birbiri ilə üzüzə gəldi
05 Noyabr 2024 10:29
“Ermənistan “Zapad 2025” təlimlərində iştirak etmir” MN
12 Sentyabr 2025 14:49
Baxış sayı:147
Bu xəbər 06 Sentyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















