ABŞ Suriyaya qarşı Sezar Aktı sanksiyalarını ləğv etməyə hazırlaşır
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Konqresinin 2026-cı Maliyyə İli Milli Müdafiə Səlahiyyəti Aktının (NDAA) bir hissəsi olaraq Suriyaya qarşı Sezar Aktı sanksiyalarını ləğv etmək üçün tədbirin üzərində işlədiyi bildirilir.
Turkustan.az xəbər verir ki, NDAA çərçivəsində hazırlanan sənəd layihəsi 2019-cu il Sezar Suriya Mülki Müdafiə Qanununun ləğvini nəzərdə tutur.
Sənəddə sanksiyaların ləğvinin müəyyən şərtlərə əsaslandığı və ABŞ prezidentinin 90 gün ərzində, daha sonra isə 4 il ərzində hər 180 gündən bir konqresin müvafiq komitələrinə məsələ ilə bağlı ilk hesabatını təqdim etməsinin gözlənildiyi qeyd edilib.
Hesabatda Suriyanın terror təşkilatlarına qarşı mübarizədə konkret addımlar atdığının, azlıqların hüquqlarına hörmət edildiyinin, qonşu ölkələrə qarşı hər hansı birtərəfli hərbi fəaliyyətin həyata keçirilmədiyinin, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin aparıldığı, devrilmiş rejim dövründə insanlığa qarşı cinayətlərin mühakimə olunduğu, narkotik maddələrin istehsalı ilə mübarizə aparıldığının təsdiqinə ehtiyac olduğu bildirilib.
Aytən Yaşar/ Turkustan,az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Dekabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















