Icma.az
close
up
RU
Velosiped zolaqları hansı meyarla salınır? AYNA rəsmisindən AÇIQLAMA

Velosiped zolaqları hansı meyarla salınır? AYNA rəsmisindən AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib:

“Yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik. Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”.

Bəs Bakı şəhərində salınmış velosiped zolaqları üzrə istifadə intensivliyi (günlük/aylıq orta göstəricilər) hansı metodologiya ilə ölçülür?

Redaktor.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov sorğuya cavab olaraq bildirib ki, Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.

AYNA rəsmisi Tural Orucov vurğulayıb ki, məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun yaradılması və xüsusilə yaxın məsafələrə səfərlər zamanı vətəndaşların bu nəqliyyat vasitələrindən istifadəsini təmin etməkdir:

"AYNA operatorlarla daimi əlaqə saxlayır, məlumatları toplayır və analiz edir. Bakı şəhərində mikromobillik infrastrukturu fəaliyyətə başladıqdan bəri bu nəqliyyat vasitələrinə 4 milyon 500 mindən çox sifariş verilib və ümumilikdə 13 milyon kilometr məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir; şəxsi velosiped və skuterlərdən istifadə edənləri nəzərə alsaq, real göstəricilər daha yüksəkdir".

Yeni velosiped zolaqları salınmazdan əvvəl nəqliyyat axınına və yol tutumuna təsir üzrə qiymətləndirmə aparılırmı?

AYNA sözçüsü qeyd edib ki, yeni mikromobillik zolaqları yaradılarkən “Rəqəmsal əkiz” texnologiyasından istifadə olunur. Simulyasiyalar zamanı yol infrastrukturu, hərəkət zolaqlarının sayı, nəqliyyat axınları və həmin yol üzərində yerləşən biznes subyektləri üçün parklanma şəraiti nəzərə alınır. Əksər küçə və prospektlərdə mikromobillik zolaqları salınarkən avtomobillər üçün nəzərdə tutulan zolaqların sayı dəyişdirilməyib, ümumi hərəkət zolaqları və parklanma şəraiti saxlanılır.

Az istifadə olunan və ya faktiki istifadə olunmayan velosiped zolaqları ilə bağlı yenidən baxılma və ya alternativ həll mexanizmi mövcuddurmu?

"Paytaxtın küçə və prospektlərində salınan mikromobillik zolaqları bir-biri ilə əlaqələndirilir və kəsintisiz, davamlı şəbəkə yaratmaq məqsədini daşıyır. Konseptual plana əsasən, şəhər ərazisində artıq 50 km mikromobillik şəbəkəsi təşkil olunub. Şəbəkə istifadəsi daha yüksəkdir və əhali arasında velosiped və skuterlərə marağın artmasını nəzərə alaraq mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Mikromobillik infrastrukturu ümumi yol infrastrukturu – səkilər və yolların – ayrılmaz hissəsidir",- deyə Tural Orucov sonlandırıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri