“ABŞ tələblərimizi qəbul etməsə, Hörmüz boğazı açılmayacaq”
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ABŞ-nin Tehranın maraqlarını nəzərə almadığı və tələblərini yerinə yetirmədiyi təqdirdə Vaşinqtonla razılığa gəlməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“ABŞ dəniz blokadasını aradan qaldırmayana və İranın qanuni tələblərini qəbul etməyənə qədər heç bir razılaşma əldə olunmayacaq. Hörmüz boğazı da açılmayacaq və təhlükəsiz olmayacaq”, – deyə Bəqayinin sözlərini “Əl-Cəzirə” telekanalı sitat gətirib.
Bəqayi bildirib ki, hazırda böhranın həlli üçün yeganə real təşəbbüs boğazın açılmasını nəzərdə tutan yeddi maddəlik plandır. Tehran bu təklifi BMT Baş Assambleyasının iclasları çərçivəsində İran nümayəndə heyətinin Nyu-Yorka səfəri zamanı Vaşinqtona təqdim edib. Onun sözlərinə görə, təklif hələ də qüvvədədir və “top Amerikanın meydançasındadır”.
İran tərəfinin planına əsasən, yeddi maddəlik təşəbbüsün həyata keçirilməsindən sonra tərəflər hərbi qarşıdurmaya səbəb olan problemlərin həllinə yönəlmiş danışıqlara başlaya bilərlər.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri son aylarda İrana qarşı dəniz blokadası həyata keçirir. Bu addımların Tehrana ciddi iqtisadi zərbə vuracağı və onu Vaşinqtonla danışıqlarda güzəştlərə getməyə məcbur edəcəyi ehtimal olunur.
Bu mövzuda digər xəbərlər:İran ABŞ yə şərt qoydu: Hörmüz boğazı açılmayacaq
16 İyul 2026 17:44
Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq Nikzad
10 May 2026 16:16
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
02 Aprel 2026 11:54
SEPAH: Trampın bəyanatına baxmayaraq, Hörmüz boğazı açılmayacaq
01 Aprel 2026 19:03
SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq
16 Oktyabr 2026 10:34
Baxış sayı:141
Bu xəbər 02 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















