Satış ömrü çox qısadır suyunu içən şəfa tapır
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Meyvələr arasında ən zəngin təbii antioksidant mənbələrindən sayılan aronya (qara meyvəli üvəz) qış tədarükü edənlərin mətbəxində xüsusi yer tutur. Avqustun ikinci yarısından sentyabra qədər yetişən və qida dəyəri ən yüksək həddə çatan bu meyvənin acılığını azaltmağın və ondan qış üçün şirə hazırlamağın qaydası açıqlanıb.
Faydaları və "24 saat qaydası":
Yüksək miqdarda polifenol və antosiyaninlə yanaşı, C və K vitaminləri, eləcə də liflə zəngindir.
Təzə halda büzüşdürücü və yüngül acı dadı olur. Mütəxəssis məsləhəti: Emal etməzdən əvvəl aronyaları 24 saat dərin dondurucuda saxlamaq meyvənin acılığını böyük ölçüdə azaldır.
Ev üsulu aronya şirəsinin hazırlanması:
Ərzaqlar: 2 kq aronya, 1 litr su, 400-700 qram şəkər tozu (zövqə görə) və 1 ədəd limonun suyu.
Hazırlanma qaydası: Yuyulmuş meyvələrin üzərinə 1 litr su əlavə edilib vam odda 20-30 dəqiqə qaynadılır. Bir qədər soyuduqdan sonra tənzif və ya nazik süzgəcdən keçirilir. Alınan şirəyə şəkər tozu və limon suyu qatılaraq şəkər tam əriyənə qədər qarışdırılmaqla yenidən qızdırılır. İsti şirə əvvəlcədən sterilizasiya edilmiş şüşə bankalara doldurulur, qapağı möhkəm bağlanaraq vakuumlanması üçün bir neçə dəqiqə tərs çevrilir, daha sonra sərin və qaranlıq yerdə saxlanılır.
Qatı olduğu üçün adətən su ilə durulaşdırılaraq içilir. Həmçinin isti çaylara, limonadlara, yoqurt və yulaf sıyıqlarına əlavə edilə bilər.
Ondan mürəbbə, marmelad, jele, sirop və blinçik sousu da hazırlanır. Alma, armud, moruq və gavalı ilə qarışdırıldıqda isə daha yumşaq dadlı kompotlar əldə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:46
Bu xəbər 17 Noyabr 2026 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















