Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

ABŞ torpaqlarının 40 faizi pulla alınıb Növbəti ərazisi iddiası BU ADADIR

ABŞ torpaqlarının 40 faizi pulla alınıb Növbəti ərazisi iddiası BU ADADIR

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Ərazisinə görə dünyanın ən böyük ölkələrindən biri olan ABŞ indiki torpaq sahələrinin təxminən 40 faizini pulla alıb. Başqa sözlə, ABŞ ərazini genişləndirmək üçün müharibə eləməkdən çox, pulla ödəməyi daha üstün tutub. 

Sfera.az xəbər verir ki, yenidən ABŞ prezidenti seçilən Donald Tramp bu ənənəni davam etdirmək istəyir. O, gözünü bəzi ərazilərə tikib və həmin əraziləri pulla almağa çalışacağını bəyan edib. 


İnaqurasiya mərasimində bu fikrini təkrar ifadə edən Tramp Danimarkanın ərazisi olan Qrenlandiya adasını pulla almaqda israrçı kimi görünür. 
ABŞ-nin başqa ölkələrin ərazisini pulla almaq təcrübəsi çox genişdir. Bunu tarixi faktlar da təsdiqləyir. 


ABŞ 1776-cı il iyulun 4-də dövlət müstəqilliyini elan edib. Həmin tarixdə ABŞ-nin ərazisi təxminən 5,7 milyon kvadrat kilometr olub. Hazırda isə ABŞ 9,5 milyon kvadrat kilometrdən çox əraziyə sahibdir. ABŞ dövlət müstəqilliyini elan etdikdən sonra ərazilərini genişləndirmək siyasətini davam etdirib. Rəsmi Vaşinqton ən böyük ərazini Fransadan alıb. 1803-cü ildə Fransadan Luiziana ərazisi pulla alınıb. Bu ərazi təxminən 2 milyon kvadrat kilometrdən çoxdur. 30 aprel 1803-cü ildə Parisdə imzalanan müqaviləyə uyğun olaraq ABŞ fransızlara o dövrün qiymətləri ilə 15 milyon dollar ödəyib. 


Birləşmiş Ştatlar Fransadan aldığı torpaqlarla qitədə qərbə doğru genişlənə bilib. Fransanın bu torpaqları satmasına səbəb iqtisadi problemləri və Fransa lideri Napoleon Bonapartın Avropada münaqişə ehtimalının gətirəcəyi iqtisadi və təhlükəsizlik problemlərindən narahatlığı idi. Həmin dövrdə alınmış torpaqlar ABŞ-nin indiki sərhədlərinin təxminən 20 faizindən çoxunu təşkil edir. 1803-2024-cü illər üçün orta dollar inflyasiyasının 1,52 faiz olduğunu fərz etsək, sözügedən alışda ödənilən məbləğ bugünkü pulla təxminən 420 milyon dollara bərabərdir. 


ABŞ Floridanı da pulla alıb. Bu məqsədlə İspaniyaya 5 milyon dollar ödənilib. Florida İspaniyanın Amerikadakı koloniyalarından biri idi. Lakin 19-cu əsrin əvvəllərindən etibarən İspaniya Avropada gedən müharibələrin təsirləri səbəbindən bölgəyə nəzarəti itirməyə başlayıb və ABŞ buranı pulla alıb.


1854-cü ildə ABŞ Meksikadan təxminən 77 min kvadrat kilometr ərazini 10 milyon dollara əldə edib. Bu torpaqlarda indi Arizona və Nyu Meksiko ştatlarının hissələri yerləşir. 


ABŞ 19-cu əsrdə daha bir böyük ərazini alıb. Əsrin ikinci yarısında Rusiyanın Krım müharibəsindən sonra ağır iqtisadi problemlə üzləşməsi səbəbindən Çar Alyaska ərazisini ABŞ-yə satmağı razı olub. Alyaska ərazisi 1867-ci ildə Rusiya İmperiyası tərəfindən 7,2 milyon dollara satılıb. Bu yarımadanın böyüklüyü 1,72 milyon kvadrat kilometrdir. Yeraltı sərvətləri ilə zəngin olan Alyaska indiki ABŞ ərazisinin təxminən 17 faizini təşkil edir. 


ABŞ Danimarkadan da torpaq alıb. XX əsrin əvvəllərinə qədər Danimarkanın ərazisi olan Virgin adalarının bir hissəsi ABŞ-yə satılıb. ABŞ 1917-ci ildə Virgin adalarının bir hissəsi üçün 25 milyon dollar ödəyib. 


Rəsmi Vaşinqton o dövrdə Qrenlandiyanı da almaq istəyirdi. Amma bu istək baş tutmadı. Danimarkanın Arktikada muxtar bölgəsi olan Qrenlandiya cənub və qərbdəki kiçik sahil zonası istisna olmaqla, əsasən buzla örtülüdür. Qrenlandiyanın ərazisi 2 milyon 166 min kvadrat kilometr olmaqla, Azərbaycandan təxminən 25 dəfə böyükdür. 


Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət qazanıb və hələ də xarici, təhlükəsizlik və maliyyə məsələlərində Danimarkadan asılıdır. Qrenlandiyanın neft və qaz ehtiyatları, eləcə də uran, qızıl və qiymətli daşları var. 1946-cı ildə ABŞ-nin keçmiş prezidenti Harri Truman Danimarkaya Qrenlandiyanı almaq üçün 100 milyon dollar təklif edib. Trumenin təklifindən 73 il sonra, yəni 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı almaq istədiklərini bəyan edib və bu məsələ Danimarka ilə ABŞ arasında qısamüddətli diplomatik böhrana səbəb olub. Həmin illərdə Tramp diplomatik gərginliyə görə Danimarkaya rəsmi səfərini ləğv edib. 
ABŞ dövlət katibi Antoni Blinken isə 2021-ci ilin mayında ölkəsinin Qrenlandiyanı almaq istəmədiyini qeyd edib.


Göründüyü kimi, ABŞ başqa ölkələrin torpaqlarını pulla almaq məharətinə sahibdir.  Blinkenin təkzibinə baxmayaraq yəqin ki, amerikalılar Qrenlandiyanı pulla almaq fikrindən daşınmayacaqlar. 

Vasif
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri