Icma.az
close
up
RU
ABŞ Türkiyə strateji əməkdaşlığı yeni mərhələdə

ABŞ Türkiyə strateji əməkdaşlığı yeni mərhələdə

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

NATO-nun Türkiyədə keçirilən zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı ikitərəfli danışıqlar, təbii ki, Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Xüsusilə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Türkiyənin F-35 proqramına qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-strateji əməkdaşlığın dərinləşdiyini göstərir.

Göründüyü kimi, ABŞ Yaxın Şərq siyasətində Türkiyənin roluna daha çox önəm verməyə başlayır və regionda əsas strateji tərəfdaşlardan biri kimi Ankaraya üstünlük verir. İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin F-35 proqramına qayıdışına və regionda rolunun genişlənməsinə qarşı çıxmağa çalışsa da, Vaşinqtonun bu məsələdə İsrailin mövqeyini qəbul etməyəcək.

Düşünürəm ki, ABŞ-Türkiyə münasibətləri yeni dünya siyasi düzənində daha strateji xarakter alacaq. Tərəflər Yaxın Şərqin təhlükəsizliyi, enerji və nəqliyyat layihələri, həmçinin regional sabitliyin qorunması istiqamətində daha sıx əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz hövzəsi üzrə də ABŞ-Türkiyə strateji əməkdaşlığının genişlənməsi gözlənilir.

Bu proses eyni zamanda Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Türkiyənin həm regional, həm də beynəlxalq müstəvidə geosiyasi çəkisinin artması ilə nəticələnəcək. ABŞ üçün Türkiyə daha etibarlı və önəmli strateji tərəfdaşa çevrilməkdədir.

Təbii ki, bu tendensiya Azərbaycanın milli maraqlarına da uyğundur. Xüsusilə enerji və nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi və digər regional təşəbbüslər baxımından ABŞ-Türkiyə-Azərbaycan əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi üçün əlavə imkanlar yaranır.

Məhəmməd Əsədullazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 İyul 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri