ABŞ üç SEPAH kiberoperatoru ilə bağlı məlumat verən şəxslərə külli miqdarda mükafat vəd etdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli üç kiberoperatora - Əli Ağami, Yaser Belaqi və Məsud Cəlili haqqında məlumat verən şəxslərə 10 milyon dollar mükafat elan edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
ABŞ Federal Təhqiqatlar Bürosunun bildirdiyinə görə, bu şəxslər SEPAH ilə əlaqəli zərərli kiberfəaliyyətlərdə iştirak ediblər ki, bu fəaliyyətlərə qorunan kompüter sistemlərinə müdaxilə, şəxsi məlumatların oğurluğu, saxta şəxsiyyət ilə saxtakarlıq və xarici terror təşkilatlarına maddi dəstək kimi hərəkətlər daxildir.
Qeyd edilir ki, ötən ilin sentyabrında Vaşinqton məhkəməsi bu şəxslərə qarşı bir sıra kibercinayətlərlə bağlı ittiham irəli sürüb və onların həbsinə order verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















