Icma.az
close
up
RU
ABŞ üçün İranla danışıqlar strateji deyil, daha çox taktiki alətdir Politoloq

ABŞ üçün İranla danışıqlar strateji deyil, daha çox taktiki alətdir Politoloq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"ABŞ-İran danışıqlarının uzanması regionda formalaşan yeni güc balansları, daxili siyasi dinamika və beynəlxalq diplomatiya ilə sıx bağlıdır. ABŞ üçün İranla danışıqlar strateji deyil, daha çox taktiki alətdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov ABŞ-İran danışıqlarının uzanmasından danışarkən bildirdi.

"Vaşinqton bu dialoqu həm Tehranın nüvə ambisiyalarını cilovlamaq, həm də regionda təsir gücünü qorumaq məqsədilə aparır. Tehran isə danışıqları uzunmüddətli iqtisadi sabitlik və beynəlxalq hüquqi tanınma vasitəsi kimi dəyərləndirir, lakin bu iki baxış arasında ciddi fikir ayrılığı var.

Regionda Çin və Rusiya ilə İranın yaxınlaşması ABŞ-nin mövqeyini daha da çətinləşdirir və onu ehtiyatlı hərəkət etməyə vadar edir. İsrailin İran hədəflərinə qarşı əməliyyatları Vaşinqtonun diplomatik imkanlarını daraldır. ABŞ burada həm müttəfiqlərinin təhlükəsizliyini təmin etməli, həm də danışıqlar qapısını açıq saxlamalıdır".

Siyasi şərhçi qeyd etdi ki, ABŞ daxilində İranla yaxınlaşmaya qarşı ciddi ideoloji və siyasi müqavimət mövcuddur, bu da qərarların qəbulunu gecikdirir.

"İranın Livan, Suriya, Yəmən və İraqda təsir gücü – yəni “müqavimət oxu” strategiyası – ABŞ-nin regional narahatlıqlarını daha da artırır. Üstəlik, Vaşinqton əvvəlki nüvə razılaşmasından geri çəkildiyi üçün yeni bir etimad mühiti yaratmaqda çətinlik çəkir. Bu səbəbdən, ABŞ tələsik qərar deyil, strateji üstünlük təmin edəcək davamlı format axtarışındadır", - deyə Tural İsmayılov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri