Icma.az
close
up
RU
ABŞ Ukraynanı faydalı qazıntılar sazişi imzalamadığı təqdirdə “Starlink”i bağlamaqla hədələyib

ABŞ Ukraynanı faydalı qazıntılar sazişi imzalamadığı təqdirdə “Starlink”i bağlamaqla hədələyib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ukraynanı faydalı qazıntılarla bağlı sazişi imzalamağa məcbur etmək üçün Elon Maskın həyati əhəmiyyət daşıyan “Starlink” peyk internet sisteminə çıxışını kəsə bilər.

Bizimyol.info xəbər verir ki, “Reuters”in öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu məsələ Kiyevə təzyiq göstərən amerikalı danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndələri tərəfindən qaldırılıb. Onlar təfərrüatı ilə belə bir təhdid Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın maliyyə naziri Scott Bessentin ilkin təklifini rədd etməsindən sonra ABŞ və Ukrayna rəsmiləri arasında müzakirələr zamanı edilib.

Danışıqlardan xəbərdar olan mənbə qeyd edib ki, artıq bu təhlükə Ağ Evin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və Zelenski arasında keçirilən görüşdə yenidən səslənib. “Görüş zamanı Ukrayna faydalı qazıntılar üzrə razılığa gələ bilməsə, xidmətin qaçılmaz olaraq dayandırılması ilə üzləşəcəyi bildirilib”, - deyə mənbə qeyd edib.

“Ukrayna “Starlink” üzərində işləyir. Onlar bunu Şimal Ulduzu hesab edirlər. “Starlink” in itirilməsi Ukrayna üçün böyük zərbə olardı”, - deyə mənbə bildirib.

Nəşr xatırladıb ki, “Starlink” Ukrayna hərbçiləri üçün həyati vacib internet bağlantısı təmin edir.

Atlantik Şurasının baş əməkdaşı Melinda Harinq deyib ki, “Starlink” Ukraynanın hərbi strategiyasının əsas hissəsi olan dron əməliyyatları üçün vacibdir. “Biz indi pilotsuz təyyarələrdən və artilleriya mərmilərindən istifadə baxımından Rusiya ilə 1:1 bərabərliyik”, - deyə Harinq bildirib. Ukrayna dəniz pilotsuz təyyarələri və kəşfiyyat pilotsuz uçan aparatlarından tutmuş uzun mənzilli pilotsuz uçuş aparatlarına qədər geniş çeşiddə müxtəlif dron imkanlarına malikdir.

Xatırladaq ki, Mask 2022-ci ilin fevralında rusların işğalından sonra məhv edilən rabitə xidmətlərini əvəz etmək üçün Ukraynaya təcili olaraq minlərlə “Starlink” terminalı təqdim edib. Lakin Mask sonradan fikrini dəyişib və 2022-ci ilin payızında ən azı bir dəfə girişi məhdudlaşdırıb.

Zelenski mədən sazişinin orijinal versiyasını rədd edib, çünki o, Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti vermir. Dünən Zelenski ABŞ və Ukrayna komandalarının razılaşma üzərində işlədiyini, Tramp isə müqavilənin tezliklə imzalanacağını gözlədiyini söyləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Fevral 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri