ABŞ Ukraynaya Donbas qarşılığında NATO üzvlüyü təklif edib?
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“ABŞ Ukraynadan NATO-ya üzvlük müqabilində qoşunlarını Donbasdan çıxarmağa hazır olub-olmadığını soruşub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “İnterfaks-Ukrayna”ya açıqlamasında bildirib.
“Amerikalılar ilk dəfə belə bir sual verdilər ki, “əgər Ukrayna NATO-ya üzv qəbul edilsə, Donbasdan çıxacaqmı?” Hazırda tərəfdaşlarımızla danışıqlar zamanı bizə təklif oluna biləcək hərtərəfli təhlükəsizlik tədbirləri paketini müzakirə edirik. Müzakirələr NATO və Avropa İttifaqının konkret təhlükəsizlik zəmanətlərini, güclü Ukrayna ordusunun saxlanılmasını, silah təminatını və müəyyən müddət üçün maliyyə yardımını əhatə edir. Bundan başqa, maliyyə mənbələri dəqiq müəyyənləşdirilmiş bərpa planı da danışıqların gündəliyindədir”, – deyə Zelenski bildirib.
Zelenski vurğulayıb ki, ABŞ və NATO-dakı digər tərəfdaşlar belə bir razılaşmanın mümkünlüyünü təsdiqləsələr, məsələ ilə bağlı Ukrayna xalqının mövqeyi öyrənilməlidir:
“Mənim bu cür qərarları təkbaşına qəbul etmək hüququm yoxdur”.
Xatırladaq ki, Zelenski daha əvvəl ABŞ-nin Donbasın Ukraynanın nəzarətində qalan hissələrindən imtina edilməsi müqabilində Kiyevə təhlükəsizlik zəmanətləri təklif etdiyini açıqlamışdı.
“The Economist” nəşri isə noyabrda ABŞ nümayəndələrinin münaqişənin həlli üçün Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinin dəyişdirilməsini təklif etdiyini yazmışdı. “The Telegraph”ın məlumatına görə, Kiyev bu təklifi rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Noyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















