ABŞ Ukraynaya ərazi güzəştləri ilə bağlı mövqeyini açıqlayıb
Icma.az, Sia Az saytına istinadən bildirir.
...Ukrayna özü Rusiya ilə sülh sazişi bağlamaq üçün ərazi itkilərinə və digər güzəştlərə razı olub-olmamasına qərar verməlidir.
SİA rus saytlarına istinadən xəbər verir ki, ABŞ hakimiyyətinin mövqeyini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlayıb.
...Ukrayna öz müqəddəratını təyin etməlidir və bu, ABŞ da daxil olmaqla, kənardan tətbiq edilməməlidir.
Bunu Sullivan deyib.
Eyni zamanda o, Ukrayna prezidenti Vladimir Zelenskinin açıq şəkildə döyüşlər danışıqlarla yekunlaşdırılmalıdır etirafını xatırladıb.
Onların formatı Vaşinqton və Kiyev arasında dialoqun mövzusudur.
...Bu il üçün əsas məqsəd Ukraynanı mümkün qədər çox alətlə təmin etmək idi ki, o, danışıqlara güclü mövqedən daxil ola və istənilən nəticəni əldə edə bilsin, - deyə Sullivan yekunlaşdırıb.
Bundan əvvəl Sallivan ABŞ prezidenti Cozef Baydenin Ukrayna ilə bağlı planını da açıqlamışdı.
Dövlət başçısının müşavirinin sözlərinə görə, Ağ Ev yaxın 50 gün ərzində Kiyevin döyüş meydanında mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şeyi edəcək.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 Dekabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















