Dövlət Departamenti Mərakeşə 825 milyon dollarlıq Stinger raketlərinin satışını təsdiqləyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti Mərakeş Krallığına ümumi dəyəri 825 milyon dollar olan "Stinger" zenit-raket kompleksləri üçün raketlərin mümkün satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin Xarici Hərbi Satışlar üzrə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yayıb. Qeyd olunur ki, sözügedən agentlik hökumətlərarası müqavilələr əsasında hərbi texnika və silahların xarici ölkələrə çatdırılmasına cavabdehdir.
Bəyanatda bildirilir ki, Marokko ABŞ-dan 600 ədəd FIM-92K Stinger Block I raketi və onlarla bağlı texniki-logistik təminat istəyib.
Sənəddə vurğulanır ki, “təklif olunan satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğundur, çünki bu, NATO-ya üzv olmayan əsas müttəfiqlərdən birinin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Aprel 2025 05:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















