Icma.az
close
up
RU
ABŞ Ukraynaya vəd etdiyi raket komponentlərini göndərməyəcək VİDEO

ABŞ Ukraynaya vəd etdiyi raket komponentlərini göndərməyəcək VİDEO

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az “The Wall Street Journal (WSJ)” nəşrinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası əvvəllər Ukrayna üçün nəzərdə tutulmuş PUA-larla mübarizə üzrə əsas texnologiyalardan birini ABŞ ordusuna paylayır.
“İndi bu komponentlər ABŞ-nin Yaxın Şərqdəki Hərbi Hava qüvvələrinə (HHQ) göndəriləcək ki, bu da Ukraynanın hava hücumundan müdafiəsini (HHM) zəiflədə bilər. Bu qərar Vaşinqtonun Kiyevə dəstəyinin zəiflədiyini və ABŞ-nin müdafiə siyasətinin prioritetlərinin dəyişdiyini göstərir”, qəzet yazır.
Yaxın Şərqdə isə ABŞ İranla mümkün münaqişəyə və ya Yəməndə husi yaraqlıları ilə yenidən döyüşlərə hazırlaşır.
Keçən həftə Pentaqon Senatın Silahlı qüvvələr Komitəsinə bildirib ki, HHQ-nin partlayıcılara ehtiyacı ABŞ-nin Mmüdafiə naziri Pit Heqset tərəfindən müəyyən edilmiş təcili məsələdir.
Belə addımın tərəfdarları qeyd edirlər ki, Pentaqonun 2024-cü il Fövqəladə Xərclər Aktı çərçivəsində hərbi vəsaitləri tez bir zamanda yenidən bölüşdürmək səlahiyyəti var. Bu, ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaranarsa, əvvəllər ayrılmış silahların qanunvericilərin əlavə razılığı olmadan yenidən bölüşdürülməsinə imkan verir.
Eyni zamanda, Ukraynanı dəstəkləyən bir sıra konqresmenlər narahatlıqlarını ifadə ediblər. Çünki Pentaqon bu qərarın Ukrayna müdafiəsinə necə təsir göstərəcəyini və Amerika HHQ-nin ehtiyacınını təcili olub-olmadığını izah etməyib.
- Bu partlayıcılar Ukraynanın Rusiya hücumlarına qarşı çoxsəviyyəli HHM-i üçün təcili və həyati ehtiyacdır. Lakin ABŞ-nin Yaxın Şərqdəki şəxsi heyətini və bazalarını husilərdən, həmçinin İranın potensial pilotsuz təyyarə hücumlarından qorumaq üçün təcili ehtiyac var”, - Bayden administrasiyası dövründə ABŞ-nin Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə keçmiş köməkçisi Selesta Uollander vurğulayıb.
Zelenski NATO-nun sammitinə dəvət alıb - VİDEO Hətta Bayden administrasiyası dövrünün təmsilçisinin də belə bəyanatı Ağ Evin hazırda Ukraynanın problemlərindən daha çox öz Silahlı qüvvələrinin təhlükəsizliyinin təminatı barədə düşündüyünü sübuta yetirir.
Yeri gəlmişkən, dünən ABŞ-nin müdafiə naziri Pit Heqset ilk dəfə NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi yardımın (“Ramştayn” formatı) koordinasiyası üçün Avropa müdafiə nazirləri ilə görüşü buraxıb. Bununla belə, Pentaqonun rəhbəri bildirib ki, Kiyevə gələcək hərbi yardımın böyük əksəriyyətini Avropa təmin etməli olacaq. Çünki Pentaqon Ukraynanı deyil, Sakit okeanın qərb hissəsini “hərbi əməliyyatların prioritet səhnəsi” hesab edir.
Avropalı müttəfiqlərin fikrincə, Heqsetin bu tədbiri buraxması növbəti həyəcan siqnalı idi. Sammitdə pərdəarxası söhbətlərdə ABŞ-nin Kiyevi dəstəkləməkdən tədricən geri çəkilməsi ilə bağlı artan narahatlıqlar müzakirə olunub.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 İyun 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri