ABŞ Ukraynaya verdiyi kredit borcunun yarısını ləğv etmək istəyir KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bayden administrasiyası Ukraynanaya ayırdığı iqtisadi kreditin 4,65 milyard dollarlıq borcunu ləğv etməyi planlaşdırdırır.
KONKRET.az “Fox News”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmisi Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə bildirib: “Biz həmin kreditləri ləğv etmək, Ukraynaya iqtisadi yardım göstərmək üçün qanunda qeyd olunan addımı atmışıq”. Millerin sözlərinə görə, aprel ayında Konqres Ukraynaya 60 milyard dollar dəyərində yardım , o cümlədən kredit kimi strukturlaşdırılmış 9 milyard dolları nəzərdə tutan əlavə maliyyə paketini qəbul edib. Miller əlavə edib ki, Konqres borcu ləğv etmək üçün qətnamə qəbul edə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az

ABŞ Ukraynaya verdiyi kredit borcunun yarısını ləğv etmək istəyir KONKRET
22 Noyabr 2024 10:53
ABŞ Ukraynaya maliyyə yardımını dayandırır Faydasızdır KONKRET
31 Yanvar 2025 14:38
Ukraynaya üç milyard dollar kredit ayırdılar KONKRET
02 Mart 2025 09:27
“ABŞ Ukraynaya nüvə silahı verə bilər” İDDİA KONKRET
20 Noyabr 2024 10:47
ABŞ Ukraynaya təxminən 300 milyon dollar ayıracaq KONKRET
12 Dekabr 2024 21:35

