ABŞ və Aİ Rusiyaya qarşı sanksiyalara baxmayaraq milyardlarla dollarlıq ticarəti davam etdirir KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyalara rəğmən, bu ölkə ilə çoxmilyardlı ticarət əlaqələrini davam etdirir. Belə ki, Qərbin Rusiyaya qarşı iqtisadi təzyiqləri Moskvadan əsas strateji məhsulların idxalını tamamilə dayandıra bilməyib.
KONKRET.az xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumatda qeyd olunur: 2025-ci ilin ilk rübündə Avropa İttifaqı Rusiyadan 8,7 milyard avro dəyərində məhsul idxal edib. Müqayisə üçün bildirək ki, bu göstərici 2022-ci ilin eyni dövründə 30,6 milyard avro təşkil edirdi. Azalmaya baxmayaraq, Aİ Rusiyadan gübrə, polad, neft məhsulları və qaz idxalını davam etdirir.
ABŞ da 2025-ci ilin ilk altı ayı ərzində Rusiyadan ümumilikdə 2,5 milyard dollar dəyərində məhsul alıb. İdxal edilən əsas məhsullar sırasında zənginləşdirilmiş uran, palladium və gübrələr yer alır.
Məlumata görə, bu rəqəmlər Qərb dövlətlərinin sanksiyalara baxmayaraq, Rusiyanın qlobal strateji xammal bazarındakı yerini qoruyub saxladığını sübut edir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Avqust 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















