Icma.az
close
up
RU
Generalın evindən çıxan əşyalar “Swarovski”dən hazırlanmış şahmat...

Generalın evindən çıxan əşyalar “Swarovski”dən hazırlanmış şahmat...

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ləğv edilmiş MTN-nin həbsdə olan generalı Sübahir Qurbanovun Bakının Əhməd Cavad, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində və Novxanı qəsəbəsində bağ evində axtarışlar zamanı çoxlu sikkələr, bahalı qələmlər, xüsusi hazırlanmış şahmaz və digər qiymətlə əşyalar aşkarlanıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, general S.Qurbanovun Əhməd Cavad küçəsindəki evindən üzərində Avstriya İmperatoru Frans İosifin rəsmi əks olunmuş kulon, oval formalı 1 ədəd qədim sikkə, mirvari qaşlı sırğa, ağ və qəhvəyi rəngli 6 ədəd mirvari qaşla bəzədilən üzük, üzərində "Geneva” sözü yazılmış qolbaq saat tapılıb.

Onun S.Vurğun küçəsindəki evinndən isə xeyli sikkə aşkar edilib. Belə ki, həmin mənzildən "Zeyvə” xalçası, üzərində Heydər Əliyevin təsviri olan döş nişanı, üzərində "Naxçıvan Muxtar Respublikası, 1924-2009, 85 il, Azərbaycan Respublikası, 5 manat” yazıları olan gümüşü rəngli 10 ədəd sikkə, üzərində "Azərbaycan Respublikası, əlli manat, 1996, Məhəmməd Füzuli, 500 il” yazıları olan gümüşü rəngli 11 ədəd sikkə, xarici ölkələrdə istehsal olunan 100-300 dollar dəyərində qələmlər, üzərində 90 il, "Heydər Əlirza oğlu Əliyev” yazısı olan sarı metaldan 1 ədəd sikkə, üzərində qılınc və aypara təsviri olan 2 ədəd sarı və gümüşü metaldan hərbi aypara, "Longines” markalı qol saatı, "Frederigue Constanat” markalı, qəhvəyi rəngli kəməri olan 1 ədəd qol saatı, "Dupont” markalı üzərində ağ rəngli qaşları olan 1 ədəd gümüşü metaldan qələm, "Swarovski” daşından düzəldilmiş 32 ədəd şahmat fiqurları, 1 ədəd "Canon” markalı İXUS 75 modelli fotoaparat, üzərində ayı şəkli həkk olunmuş sarı-gümüşü rəngli 1 ədəd xəncər, üzərində "İCE Special Agent” yazısı olan gümüşü rəngli metaldan 1 ədəd nişan aşkar edilərək götürülüb.

Sübahir Qurbanovun bağ evindən isə üzərində "Heydər Əliyev” yazılmış 3d formatlı 1 ədəd portret, sarı metaldan olan 1 ədəd xəncər, 1 ədəd "Visconti” markalı qələm, üzərində "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri yazılmış 1 ədəd hədiyyə kompoziyası, 1 ədəd "maurice lacrtix” markalı qol saatı, 1 ədəd "İst dupont” markalı qələm, 4 ədəd disk, 2 ədəd audio kasset, 1 ədəd "FU HUANG” markalı qol saatı, kamotun siyirməsində olan 1 ədəd "CHOPARD” markalı stolüstü saat, DVR markalı videogörüntü əks etdirən kamera nəzarətinə aid aparat, nağd pullar və sənədlər aşkar edilərək götürülüb.

Generalın bağ evindən isə çoxlu sayda sikkələr, qolbaqlar, boyunbağı, kulonlar, sırğa, 11 üzük, video kaset və əlyazmalar olan kitabça götürülüb.

Əhməd Cavad küçəsindəki digər evindən isə 3-5 min dollar dəyərində üzərində "MARCO BİCEGO” sözləri yazılan 1 cüt sırğa, üzüklər, qolbaqlar, qələmlər, üzərində çoxlu sayda "RC” yazılan qutunun içərisində komplekt (1 cüt sırğa və 1 ədəd boyunbağı), üzərində "Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 ədəd qaşlı üzük, 1 ədəd boyunbağı, 1 cüt sırğa, üzərində "Valcambi suisse” sözləri yazılan sarı metaldan dairəvi 1 ədəd sikkə, göy rəngli qutunun içərisində sarı metaldan dairəvi formada 2 ədəd 10-luq, 7 ədəd 5-lik sikkələr, üzərində "AUSTRALİAN KANGAROO” sözləri yazılan 1 ədəd sikkə, üzərində "Azərbaycan Respublikası 100 manat” sözləri yazılan 1 ədəd sikkə, şüşə materialdan olan qutunun içərisində üzərində "ELİZABETH II AUSTRALİA” sözləri yazılan 3 ədəd dairəvi sikkələr və nağd pullar aşkar edilərək götürülüb.

BAKU.WS
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Dekabr 2025 05:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri