Icma.az
close
up
RU
ABŞ və Britaniyanın Azərbaycana artan MARAĞI

ABŞ və Britaniyanın Azərbaycana artan MARAĞI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bu həftə, daha dəqiq desək, martın 20-də saat 13:01-də Azərbaycanda gecə və gündüzün birləşməsi baş verdi.
Novruzun enerjisi
Elimizə qədəm qoyan Novruz bayramı təkcə qədim ənənələri və mədəni dəyərləri yaşadan bir bayram deyil, eyni zamanda onun enerji ilə bağlılığı da maraqlı bir mövzudur. Gecə və gündüzün bərabərləşməsi bir astronomik hadisə kimi təbiətdə enerji balansının bərpa olunmasına işarədir.
 

MÖVZU İLƏ BAĞLI:
“Qara qızıl”dan “yaşıl enerji”yə KEÇİD – Neftdən asılılıq necə AZALDILIR? – İlham Şabanın ŞƏRHİ


Gecələrin qısalıb gündüzlərin uzanması ilə birlikdə günəşin Yerə verdiyi enerji artır, təbiət canlanır və insanlar fəaliyyətlərinin aktiv fazasına daxil olurlar.  Baharın gəlişi ilə dağlardakı qarların əriməsi çayların səviyyəsini artırır. Bu isə hidroelektrik stansiyaların fəaliyyətini gücləndirir və alternativ enerji mənbələri üçün daha əlverişli şərait yaradır.
Beləliklə, Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də enerji balansının təbii şəkildə tənzimlənməsi ilə bağlı bir mərhələdir. Bu səbəbdən Novruz yeni həyatın və enerjinin harmoniyasının rəmzidir.
Aralıq dənizindəki layihələrimiz
Yola saldığımız həftənin enerji həyatımızda iz buraxacaq hadisəsi Azərbaycan Dövlət Neft Şirkətinin imza atdığı yeni uğura bağlıdır. Özü də bu sadəcə həmin uğurun ilk addımıdır və lazımi nəticələr əldə olunduqca, onun əks sədası hələ uzun illər, bəlkə də onilliklər boyu gələcək.
Beləliklə, bazar ertəsi Azərbaycan və İsrail arasında dərinləşən enerji əməkdaşlığı hökumət nümayəndələrimiz arasında müzakirə obyektinin hədəfində olub. Azərbaycan İqtisadiyyat naziri, SOCAR-ın müşahidə şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə işgüzar səfər çərçivəsində iqtisadi əlaqələrin güclənməsinə töhfə verən layihələri müzakirə edib.
Bu görüşün nəticəsi olaraq martın 17-də Azərbaycan və İsrail arasında SOCAR-ın rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb.
Qeyd edim ki, SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP Plc şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında yerləşən blokda kəşfiyyat işləri aparmaq üçün lisenziya tenderini qazanıb.
İsrail Energetika nazirliyinin məlumatına əsasən, SOCAR kəşfiyyat layihəsinin operatoru seçilib. Belə ki, onun layihədə payı 33,34% təşkil edəcək. “NewMed Energy” və BP şirkətləri isə hərəyə 33,33% paya malik olacaqlar. Onu deyim ki, bu layihə SOCAR-ın yarandığı gündən ilk dəfə olaraq nəinki Azərbaycan sərhədlərindən kənarda ilk kəşfiyyat layihəsidir, həmçinin operator qismində “upstream” seqmentində, kəşfiyyat-hasilat layihələrində ilk addımıdır.   
Kəşfiyyat layihəsinin detalları
 

Bəs layihə üzrə hansı işlər görülməlidir? Onu qeyd edim ki, müqavilə sahəsi 1700 kv.km ərazini əhatə edir. Burada dənizin dərinliyi təqribən 1500 metrə yaxındır. Üç şirkətdən ibarət konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini təqdim etməlidir.


Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün məcburi iş proqramını yerinə yetirməlidirlər.  Bu müddət bitdikdən sonra şirkətlər müqavilə sahəsi üzrə lisenziyaların daha 2 il uzadılmasını tələb edə bilərlər. Kəşfiyyat dövründə ən azı bir qazma quyusu qazılmalıdır.
SOCAR-ın pay alması təsdiqləndi
Bu layihə ilə yanaşı, İsrail hökuməti ölkənin Aralıq dənizindəki hasilat layihəsinə daxil olmaq üçün Azərbaycan Dövlət Şirkətinə daha bir yaşıl işıq yandırıb. Belə ki, SOCAR-ın İsrail şelfində 2025-ci il yanvarın 31-də yerli “Union Energy” şirkəti ilə Aralıq dənizindəki böyük qaz yataqlarından biri olan "Tamar" layihəsində 10 % payın alınması üçün müqavilə təsdiqlənib.
İsrailin energetika naziri Eli Koen imzalanan sənədlərin əhəmiyyətini şərh edərkən bildirib ki, təbii qaz onun ölkəsi üçün iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsi sahəsində, əsasən də Yaxın Şərqdə strateji əhəmiyyət daşıyan bir amildir. Onun sözlərinə görə, İsrail yaranmış gərgin geosiyasi şəraitdə daxili bazarın ehtiyaclarını ödəmək və qonşu ölkələrə ixracın stabilliyini təmin etmək üçün qaz hasilatının artımında maraqlıdır.
Bu baxımdan SOCAR-ın İsrail layihələrində iştirakı təkcə iki ölkə arasındakı iqtisadi əlaqələri inkişafına deyil, həmçinin ümumilikdə Yaxın Şərqin enerji təhlükəsizliyinin artırılmasına yönəlmiş bir addımdır.   
SOCAR-ın Yaxın Şərqdəki işinin əhəmiyyəti
Bu baxımdan SOCAR-ın İsrail qaz bazarına daxil olması Dövlət Neft Şirkəti üçün bir sıra perspektivlər açır. Əvvəla, diqqətinizə onu çatdırım ki, SOCAR hasilat üzrə ölkədən kənarda ilk layihəyə 2024-cü ilin mayında Birləşmiş Ərəb Əmirliklərində ADNOC şirkətinə məxsus 2 neft yatağından 3% pay almaqla qoşulub. 2025-ci ilin yanvarında SOCAR İsraildəki “Tamar” yatağlnda 10%-ə sahib olmaqla Azərbaycandan kənarda ilk dəfə qaz hasilatı layihəsinə qoşulub. 
 

Atılan addımların nəticəsində SOCAR ölkə daxilində neftin ehtiyatlarının azaldığı bir zamanda xarici layihələr hesabına hasilatını nisbətən sabitləşdirmək imkanı əldə edir. Xarici qaz hasilatı layihələri hesabına isə yeni bazarlara çıxır, qaz satışı coğrafiyasını genişləndirir və gələcək birgə layihələr üçün yeni imkanlar əldə edir.


Bu baxımdan SOCAR-ın xarici bazarlara maraq göstərməsi təkcə şirkətin maliyyə-iqtisadi göstəricilərinin yaxşılaşması yönümündə atılan addımlarla məhdudlaşmır, həm də ölkəmizin əlaqələrinin genişləndirilməsinə də öz töhfəsini verir.   
Azərbaycanda mavi yanacağın artan rolu
Onu deyim ki, Dövlət Gömrük Komitəsinin son statistikasına əsasən, Azərbaycanın ümumi ixracında təbii qazın payı artıq 32,53% təşkil edir. Yəni Azərbaycan ildən ilə qazdan əldə etdiyi gəlirləri artırmağa başlayır.  
2025-ci ilin yanvar-fevral aylarında gömrük bəyannamələri üzrə Azərbaycan 4 milyard 187 milyon kubmetrdən çox təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 550,4 milyon dollar təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 5,9%, dəyəri isə 6,2 % artıb. Amma qazın orta ixrac qiymətlərində artım cəmi 0,3% təşkil edib. Baxmayaraq ki, Avropa və Türkiyə bazarında qazın qiymətinin bu il hiss ediləcək dərəcədə artımı müşahidə edilib, amma gömrük orqanlarında bəyan edilən qazın qiymətində bunu görmək olmur, səbəbini isə təbii ki, yalnız Dövlət Gömrük Komitəsi özü izah edə bilər, çünki kənardan yalnız mühasibat statistikası ilə şərh etmək olmur.
TANAP boru kəməri
Bu həftə qaz mövzusu ilə bağlı Azərbaycanın iqtisadi tarixində əhəmiyyətli rol oynayan bir layihə haqda da maraqlı statistika açıqlanıb.
Belə ki, Trans-Anadolu Qaz Boru Kəməri – TANAP-ın təməlinin qoyulmasının 10 ili tamam olub. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və  Gürcüstan dövlət başçılarının iştirakı ilə baş tutan təməlqoyma mərasimi və bundan cəmi 40 ay sonra onun tikintisinin uğurla başa çatdırılması regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olan Cənub Qaz Dəhlizi layihəsinin həyata vəsiqə qazanmasını təmin etdi.
 

İstismara verildiyi gündən bu ilin martına qədər TANAP vasitəsi ilə ümumilikdə 76,1 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib. Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumata görə, bu dövr ərzində nəql edilən qazın 44,4 milyard kubmetri Avropaya, 31,7 milyard kubmetri isə Türkiyəyə nəql edilib. Bununla da TANAP-ın bu gün Türkiyə və Avropanın enerji təhlükəsizliyinə nə qədər dəyərli töhfələr verdiyini görmək mümkündür.


Britaniya və Amerikanın Azərbaycana artan marağı
Bu həftə Azərbaycanın neft və qaz hasilatının lokomotivi hesab edilən BP şirkəti ölkəmizdə 2025-ci il üçün biznes prioritetləri və perspektivlərini Azərbaycan hökuməti ilə müzakirə edib.
Martın 18-də bp-nin London ofisindən hasilat və əməliyyatlar üzrə icraçı vitse prezident Qordon Birrel Bakıya səfərə gəlib. Bu işgüzar səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi ilə yerindəcə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək olub. Müzakirələr nəticəsində şirkətin regionda əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyətlə və 2025-ci il üçün planlaşdırılmış işlərin icrası ilə tanış olub.
Qeyd edim ki, bu həftə Bakıya dünyanın sayılıb-seçilən, Amerikanın isə neft-qaz nəhəngi olan “ExxonMobil” şirkətinin vitse-prezidenti də təşrif buyurub. Energetika naziri Pərviz Şahbazovla görüşdə şirkətinin vitse-prezidenti Con Ardill Azərbaycanla “Azəri-Çıraq-Günəşli” və Bakı-Tiflis-Ceyhan layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.
 

Qonaq metan emissiyalarının, əməliyyat xərclərinin azaldılması, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən innovativ layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə nazirə məlumat verib.


Göründüyü kimi qlobal miqyaslı enerji şirkətləri Azərbaycanı diqqətdə saxlayır və ölkənin apardığı enerji siyasəti, onun tranzit imkanları ilə bağlı məsələlərə həssas yanaşırlar. Onu deyim ki, ötən il ABŞ-nin ikinci neft nəhəngi “Chevron” şirkətinin bir neçə illik fasilədən sonra Bakıda yenidən ofisinin işini bərpa etməsi də rəsmi Bakının regional və qlobal enerji bazarında aktivliyinin artımına olan diqqətin təzahürüdür.
Bununla belə Azərbaycan elektrik enerji bazarında da islahatlar aparır və enerji istehsalında karbon izinin azaldılması yönümündə addımlar atır.
“Azərenerji”də yeni idarəçilik yaradılır
Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, enerji qurumunun idarə edilməsində mühüm rola malik ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi, onun yenidən təşkili və ləvği, Cəmiyyətin İdarə heyətinin sədri və onun iki müavinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi dövlət başçısına, cəmiyətin inkişaf strategiyası və strukturunun təsdiqi, maliyyə hesabatlarının təsdiqi və digər əhəmiyyətli məsələlər Nazirlər Kabinetinə həvalə edilir.
 

“Azərenerji”nin fəaliyyətində aktiv rol oynayacaq qurum kimi İqtisadiyyat Nazirliyi də yer alır. Belə ki, bundan sonra İqtisadiyyat Nazirliyi Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, digər hüquqi şəxslərə kapital qoyuluşuna, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və ya pul şəklində pay qoyulmasına razılıq verilməsi kimi səlahiyyətlərə malik olacaq. 


Bütün bu addımlar isə ona görə atılır ki, Azərbaycanın elektroenergetika sisteminin mərhələli şəkildə bazar relsləri üzərinə keçidi təmin edilsin. Çünki ölkəmizin məqsədi enerji sektoruna bundan sonrakı dövrdə daha çox özəl investisiyaların cəlb edilməsini hədəfləyib, bu baxımdan da enerji bazarımızda vəziyyət tədricən dövlətin tənzimlənməsindən (Tarif Şurasının qiymətləri) uzaqlaşaraq inkişaf etmiş kapitalist ölkələrindəki qaydalara keçid etməlidir.    
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb

25 Mart 2025 18:50see373

ABŞ və UKRAYNA ARASINDA YENİ RAZILAŞMA OLDU Rüstəm Umerov detalları açıqladı

25 Mart 2025 21:01see127

Qorxulu yuxuları həkimə danışın

25 Mart 2025 01:01see126

Yoxa çıxan 3 rəfiqənin müəmmalı MESAJLARI VƏ ŞƏKİLLƏRİ

24 Mart 2025 12:14see123

Tehranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi...

24 Mart 2025 18:25see121

Əməkdar artistin 4 milyona tikdirdiyi villasından GÖRÜNTÜLƏR

25 Mart 2025 12:13see121

Uşaq evinin sakinləri Neftçi nin qonağı oldular

25 Mart 2025 21:41see120

Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

24 Mart 2025 15:54see119

Karasin: “ABŞ la danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”

25 Mart 2025 11:34see118

Gəncə sakini evinin eyvanında özünü asıb

25 Mart 2025 11:47see118

Smartfonu dəyişmək üçün ən optimal müddət

25 Mart 2025 06:24see118

“Səs Uşaqlar”dan “O Səs Türkiyə”yə... VİDEO

24 Mart 2025 17:43see117

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

25 Mart 2025 19:50see116

İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər

24 Mart 2025 17:56see114

Real 600 milyon avrodan çox gəlir əldə etdi

25 Mart 2025 10:39see114

Amerikalı UFC çempionu 5 il müddətinə azadlıqdan məhrum edilib

25 Mart 2025 13:13see114

İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ

25 Mart 2025 20:13see111

Ermənilərə qardaş xəyanəti : Azərbaycanla bağlı FOTO lobbini hərəkətə keçirdi

26 Mart 2025 06:02see110

Qərarını Messiyə görə verdi

25 Mart 2025 23:39see108

Azarkeşlərin, futbol ictimaiyyətinin sevinəcəyi günlər gələcək Fernando Santuş

26 Mart 2025 01:05see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri