Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Avropanın Azərbaycan qazına artan MARAĞI Enerji sahəsində yeni əməkdaşlıqlara START VERİLİR

Avropanın Azərbaycan qazına artan MARAĞI Enerji sahəsində yeni əməkdaşlıqlara START VERİLİR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə Azərbaycanın enerji həyatı öz dinamikliyi ilə yadda qaldı. Bu baxımdan həm ölkəmizin beynəlxalq əlaqələrində, həm də ötən ay üzrə açıqlanan neft-qaz statistikasının göstəriciləri ilə diqqət çəkdi.
Azərbaycan Avropanın qaz sərgisində
Sentyabrın 9-12-də İtaliyanın Milan şəhərində keçirilən "Gastech 2025" beynəlxalq qaz sərgisində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün innovativ stendi ilə təmsil olunmaqla yanaşı, iştirakçıların həmçinin Azərbaycanın irimiqyaslı qaz layihələrinə olan marağı ilə diqqətdə oldu.
 

MÖVZU İLƏ BAĞLI:
Şərqlə enerji tərəfdaşlığında YENİ DÖNƏM – Azərbaycan daha hansı ölkələrə qaz ixrac EDƏCƏK?


SOCAR-ın pavilyonunda Cənub Qaz Dəhlizi, "Şahdəniz" qaz-kondensat yatağı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri, "Abşeron" İlkin Hasilat Sxemi platforması və "SOCAR Karbamid" zavodu kimi strateji layihələri əks etdirən materiallar nümayiş etdirildi.
Bununla yanaşı, təbii qazın hasilatı, emalı, nəqli, saxlanması və qaz-kimya sənayesi sahələrini əhatə edən infoqrafikalar da sərgi iştirakçılarına təqdim edildi.
Bu tədbirin əhəmiyyəti Avropa Komissiyasının 2027-ci ilədək Rusiya qazından tam imtina etmək arzusunu bir daha ortaya qoyması kimi bir hadisə ilə üst-üstə düşdü. 2021-ci ildə Avropa İttifaqı Rusiyadan 155 milyard kubmetr qaz idxal etdiyi halda, ötən il bu həcmləri 53 milyard kubmetrə qədər azalda bilib. 2025-ci ildə Ukrayna üzərindən qaz tranzitinin tam dayandırılması səbəbindən bu il Avropa bazarında daxil olacaq qaz həcmlərinin 25 milyard kubmetrədək (həm boru kəməri, həm də tankerlərlə daşınan maye qaz həcmləri nəzərdə tutulur) azalacağı gözlənilir.
Bu baxımdan da Rusiya qazının Avropada 2027-ci ilə tam şəkildə də olmasa, amma 10 milyard kubmetrə qədər azalmasını bazar iştirakçıları real hesab edir. Ona görə də digər bazarlardan mavi yanacağın Avropaya idxalı aktual məsələ olaraq qalır və bu yöndə Azərbaycan qazının Avropadakı istehlakçılar tərəfindən artırılması gündəmdədir. Azərbaycan hökuməti 2030-cu ilədək ölkənin qaz ixrac həcmlərini 8 milyard kubmetr artırmaq planlarını açıqlayıb. Bunun təqribən 6 milyard kubmetri Avropa bazarlarına yönələcək.    
Azərbaycan-ABŞ enerji əməkdaşlığı
Bu həftənin əvvəli Azərbaycan və ABŞ arasında enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri Bakıda müzakirə obyektinə çevrildi.
Energetika nazirliyində ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan arasında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs edilib.

Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib.


Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb və ölkəmizin Avropaya enerji təchizatının davamlılığında Birləşmiş Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin neft-qaz sektorunda uzunmüddətli tərəfdaşı "ExxonMobil" şirkəti ilə əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin "SOCAR Trading" vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xam neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın  cari vəziyyəti və perspektivlər nəzərdən keçirilib.
Elə bu ərəfədə Azərbaycanın ilk özəl neft-qaz şirkəti olan "GL Group" ABŞ-nin Hyuston şəhərində keçirilən Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Tədbirində (IMAGE 2025) maraqlı bir təqdimat edib. Təqdimat süni intellektdən istifadə etməklə seysmik məlumatların emal texnologiyasını Azərbaycnaın quruda yerləşən neft-qaz yataqlarında ilk dəfə tətbiqinə həsr edilib.
Belə ki, Salyan rayonunda GL şirkətinin istismar etdiyi “Kürsəngi” və “Qarabağlı” yataqlarında aparılan seysmik işlərdə süni intellektin tətbiqi ilə uzun müddət istismar edilən yataqların səmərəli idarə olunması yönümündə uğurlar əldə edilib.  
Azərbaycan-Çin enerji əməkdaşlığı
Həftə sonu isə Çinin Azərbaycandakı səfiri Lu Mey yerli jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib ki, yaxın vaxtlarda Azərbaycanda 100 meqavat gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisinə başlanılacaq. "Çin texnologiyaları və avadanlıqları Azərbaycan üçün dayanıqlı inkişaf sahəsində yeni imkanlar açır. Bu, Çinin istehsal güclərinin Azərbaycanın enerji keçidi ehtiyaclarını qarşılaya bildiyini göstərir", - deyə diplomat vurğulayıb.
 

Qeyd edim ki, bu stansiyanın tikintisinin Çin şirkətinə həvalə edilməsi Azərbaycanda ilk dəfə bərpa olunan enerji sahəsində hərrac vasitəsi ilə müəyyənləşdirilib. Bundan sonra Azərbaycan Hökuməti ilə Çinin “Universal International Holdings Limited” şirkəti arasında 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində imzalanıb.


2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək.
Bundan əlavə cari ilin iyun ayında Mingəçevirdə Azərbaycanın ən böyük - "8 noyabr" İstilik Elektrik Stansiyası istifadəyə verilib və onun üçün avadanlıqları Çin şirkətləri təchiz edib. Səfir həmçinin vurğulayıb ki, Çin şirkətləri Azərbaycanda külək enerjisi sahəsində ən böyük layihə olan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisində də iştirak edirlər.
Ələtdə günəş panelləri istehsalı
Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 9-da Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan "Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd." arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.
Sazişə əsasən, şirkət Ələtdə lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcəkdir. Müəssisələrdə illik 3000 meqavat istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.
“Yaşıl enerji”yə yatırımlar
Bu arada Azərbaycanda yaxın iki ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən istismara verilməsi planlaşdırılan günəş və külək elektrik stansiyalarına qoyulacaq yatırımların məbləği açıqlanıb. 
"AzərEnerji" ASC-nin bu həftə ictimailəşdirdiyi məlumatlara görə, "Masdar" şirkəti ümumi qoyuluş gücü 1 000 MVt olan 3 elektrik stansiyasının (Bankə, Biləsuvar və Qaradağ) tikintisinə 916 milyon dollar sərmayə yatıracaq. Biləsuvar rayonunda 445 MVt gücündə "Biləsuvar Solar SPV" günəş elektrik stansiyası layihəsinin qiyməti 383 milyon dollar dəyərləndirilir. Yeni günəş stansiyası 442 min ton karbon tullantısının qarşısını alacaq. Nəticədə ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində mühüm nəticə əldə ediləcək və istilik enerjisindən asılılığı azaldacaq.
 

Neftçala rayonunda 315 MVt gücündə "Banka Solar" günəş fotoelektrik stansiyası layihəsinin ümumi dəyəri isə 283 milyon təşkil edir. Layihə Azərbaycanın enerji sisteminə 315 MVt günəş enerjisi əlavə edəcək ki, bu da ildə 314 min ton karbon emissiyasını azalması deməkdir.


Qaradağ Günəş Elektrik Stansiyasının ümumi dəyəri isə 250 milyon dollar qiymətləndirilir. Layihə Azərbaycanın enerji sisteminə 240 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin etməyə imkan verəcək. Bu layihə karbon emissiyasını 200 min tona qədər azaldaraq.
Neft-qaz statistikası
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard 584,2 milyon kubmetr təbii qaz hasil edilib və bunun  25 milyard 831,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Dövlət Statistika Komitəsinin aylıq nəşr etdiyi göstəriciləri təhlil etdikdə məlum olur ki, hesabat dövründə təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 %, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb. Qeyd etməl lazımdır ki, “Şahdəniz” yatağı ilə yanaşı SOCAR-ın istismar etdiyi yataqlarda da mavi yanacaq hasilatının artımı müşahidə edilib. 
Ötən 8 ay ərzində Azərbaycanda əmtəəlik neft hasilatının həcmi isə 4,7% azalıb. Rəsmi statistikaya əsasən 18 milyon 349,5 min  ton qaz kondensatı da daxil olmaqla əmtəəlik xam neft hasil edilib.
OPEC və EİA-nın Azərbaycana baxışları
Qeyd edək ki, bu həftə iki beynəlxalq enerji qurumu Azərbaycanda neft hasilatının həcmlərinə dair məlumat yayıblar. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 457 min barel təşkil edib. Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 4 min barel azalıb.
 

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında isə bildirilib ki, bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 460 min barel təşkil edib və bu göstərici iyul ayı ilə müqayisədə 10 min barel artıb.


IEA analitiklərinin hesablamalarına görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı "OPEC+" sazişi çərçivəsində plandan gündəlik 91 min barel geri qalıb. Belə ki, "OPEC+" ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see178

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri