Icma.az
close
up
RU
ABŞ və Fransa yeni meydanda “döyüşəcək”

ABŞ və Fransa yeni meydanda “döyüşəcək”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ və Fransa Qrenlandiyada geosiyasi və geostrateji rəqabətə girə bilərlər”.

Bu sözləri politoloq İlqar Vəlizadə “Cümhuriyət” qəzetinə açıqlamasında son zamanlar Fransanın Qrenlandiyada təsir imkanlarını artırması və bunun ABŞ-lə gərginliyə səbəb olub-olmayacağı ilə bağlı fikirlərini bölüşərkən bildirib. O bildirib ki, Qrenlandiya həm ABŞ, həm də Fransa üçün xüsusi əhəmiyyət kəsb edir:

“ABŞ ilə Fransa arasında diplomatik-siyasi qarşıdurma bir müddətdir ki, davam edir. Hesab edirəm ki, bu qarşıdurmada Qrenlandiyanı təkcə səbəb kimi göstərmək düzgün deyil, bir çox amilləri də nəzərə almaq lazımdır. İki ölkənin münasibətlərində gərginlik və ziddiyyətlər dərin xarakter daşıyır. Bu ziddiyyətlərin arxasında ABŞ-nin Avropa İttifaqına qarşı yürütdüyü siyasət də xüsusi önəm daşıyır, yəni Tramp administrasiyasının Aİ-yə yanaşması nə Brüssel, nə də Aİ-nin üzv ölkələri tərəfindən normal qəbul olunur. Fransa Aİ-nin üzv ölkələri arasında Ağ Evin rəhbərinin siyasətinə ən çox etiraz edən ölkələrdən biridir. Xüsusilə də Qrenlandiya, həmçinin Yaxın Şərqdəki vəziyyət ABŞ-Fransa münasibətlərinə öz təsirini göstərir”. 

O ki qaldı Fransa ilə Qrenlandiya hökuməti arasında adadakı mineral ehtiyatların istismarı ilə bağlı imzalanan sənədə, ekspertin fikrincə, bu, ABŞ-lə gərginliyi daha da artıracaq:

“Bu gərginliyin hansı nəticələrə gətirib çıxaracağı barədə indidən dəqiq proqnoz vermək qeyri-mümkündür, amma görünən odur ki, nə Vaşinqton, nə də Paris öz mövqeyini dəyişəcək. Tərəflər ortaq məxrəcə gələ bilməyəcəklər. Yəqin ki, ABŞ tərəfi də eyni addımları atacaq. Ağ Ev də Qrenlandiya hökuməti ilə adadakı mineral ehtiyatların və sərvətlərin istismarına yönələn bir neçə saziş bağlaya bilər”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Fransa və Qrenlandiya arasında kritik mədən və minerallar sahəsində əməkdaşlığın artırılmasına yönəlmiş niyyət məktubunu imzalanıb. Eyni zamanda, Fransa Tramp administrasiyasının nəzarətə götürmək istədiyi Qrenlandiyada 6 fevral tarixində konsulluq açıb. Tramp son dövrlərdə milli təhlükəsizlik səbəbi ilə Qrenlandiyanı nəzarətə götürmək istədiyinə dair açıqlamalarını daha da artırıb. 

Yunis Abdullayev
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri