ABŞ ordusu mafiyalara qarşı döyüşəcək
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ administrasiyası Meksikada narkotik ticarəti ilə məşğul olan mafiyalara qarşı hərbi güc tətbiq edəcək.
Reyting.az xəbər verir ki, “Washington Post”a danışan ABŞ rəsmilərinin sözlərinə görə, variantlar arasında hərbi gəmilərindən mafiyalara və narkotik infrastrukturlarına raket zərbələri endirmək və pilotsuz təyyarələrdən istifadə etməklə məqsədyönlü əməliyyatlar keçirmək də var.
Bu planların ABŞ prezidenti Donald Trampın vəzifəyə gəldikdən qısa müddət sonra səkkiz narkotik qrupunu “xarici terror təşkilatları” adlandırması ilə əlaqəli olduğu güman edilir.
“New York Times” qəzetinin yazdığına görə, ötən cümə günü “gizli şəkildə” icra sərəncamı imzalayan Tramp ABŞ ordusunun minlərlə hərbçi yerləşdirdiyi Meksika üzərində və onun cənub sərhədi boyunca pilotsuz uçan aparatlarla müşahidə uçuşlarını da artırıb.
ABŞ Hərbi Dəniz Qüvvələri də Meksika yaxınlığındakı sahil sularında əlavə patrulların aparılması üçün hərbi gəmilər göndərib. Bununla belə, ABŞ qoşunlarının Meksika ərazisinə soxulması gündəmdə deyil.
V. QULİYEV
Baxış sayı:106
Bu xəbər 11 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















