Icma.az
close
up
RU
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ

ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Amerika Birləşmiş Ştatları və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bənddən ibarət memorandum imzalanıb.


AZXEBER.COMxəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-li rəsmilərin sözlərinə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp da Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalandığını təsdiq edib. "Bəli, o imzalanıb", - deyə Birləşmiş Ştatların rəhbəri Fransa Prezidenti Emmanuel Makronla Versal sarayındakı görüşündən sonra bildirib.
"Mən onu Versalda imzaladım", - deyə Amerika lideri vurğulayıb.
Mətnə görə, yekun müqavilə müddətin uzadılması imkanı ilə birlikdə 60 gün ərzində tam hazır olmalıdır.

"NewsNation" telekanalının amerikalı rəsmiyə istinadən yaydığı məlumata əsasən, memoranduma İran Prezidenti Məsud Pezeşkian da imza atıb.

ABŞ və İran arasındakı anlaşma memorandumu Ağ Ev lideri Donald Tramp və İslam Respublikasının rəhbəri Məsud Pezeşkian tərəfindən təsdiqlənib.

"Bazar günü qarşılıqlı anlaşma memorandumu ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən elektron formada imzalanmışdı. İndi isə onu Tramp və Pezeşkian imzalayıblar", - deyə "NewsNation" telekanalının müxbiri Kelli Meyer ABŞ rəsmisinə istinadla məlumat verib.

"Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında İslamabad Anlaşma Memorandumu" adlanan sənədin oxunmuş versiyası üzrə tam mətni aşağıdakı kimidir:

1. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası, eləcə də cari münaqişədəki müttəfiqləri bu Anlaşma Memorandumunu imzalayaraq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılmasını elan edirlər. Tərəflər bundan sonra bir-birinə qarşı hər hansı müharibə və ya hərbi əməliyyatlara başlamamaq, güc tətbiqindən və ya hədələrdən çəkinmək, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyini qorumaq barədə öhdəlik götürürlər. Yekun müqavilə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin birdəfəlik bitməsini və bu bəndin digər şərtlərini təsdiq edəcəkdir.

2. ABŞ və İran İslam Respublikası bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, eləcə də bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməyə söz verirlər.

3. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası qarşılıqlı razılıq əsasında uzadıla bilən maksimum 60 gün ərzində danışıqlar aparmaq və yekun sazişə gəlmək öhdəliyini öz üzərilərinə götürürlər.

4. Bu Anlaşma Memorandumu imzalandıqdan dərhal sonra ABŞ İran İslam Respublikasına qarşı dəniz blokadasını, eləcə də hər cür maneə və pozuntuları aradan qaldırmağa başlayacaq və 30 gün müddətində hərbi dəniz blokadasına tamamilə son qoyacaq. Bu müddət ərzində gəmilərin hərəkəti İran İslam Respublikası tərəfindən müharibədən əvvəlki vəziyyətə gətirilən gəmilərin sayına mütənasib şəkildə həyata keçiriləcək. ABŞ, həmçinin yekun saziş bağlandıqdan sonrakı 30 gün ərzində öz qoşunlarını İran İslam Respublikasının bilavasitə yaxınlığından çıxarmağı öhdəsinə götürür.

5. Anlaşma memorandumu imzalandıqdan sonra İran İslam Respublikası 60 gün müddətində yalnız Fars körfəzindən Oman körfəzinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün bütün səylərini göstərəcək. Ticarət gəmilərinin hərəkəti dərhal başlayacaq və İran İslam Respublikası tərəfindən hərbi, texniki maneələrin aradan qaldırılması və minalardan təmizləmə ehtiyacı nəzərə alınaraq 30 gün ərzində tam bərpa ediləcək. İran İslam Respublikası müvafiq beynəlxalq hüquqa və Hörmüz boğazı sahilyanı dövlətlərinin suveren hüquqlarına uyğun olaraq, Fars körfəzinin digər sahilyanı dövlətləri ilə müzakirələr çərçivəsində Hörmüz boğazının gələcək idarəçiliyini və dəniz xidmətlərini müəyyən etmək üçün Oman Sultanlığı ilə dialoq aparacaq.

6. Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının ən azı 300 milyard ABŞ dolları dəyərində olan iqtisadi inkişafı və yenidən qurulması üçün yekun, qarşılıqlı razılaşdırılmış plan hazırlamağı öhdəsinə götürür. Bu planın icra mexanizmi 60 gün ərzində yekun razılaşma çərçivəsində birdəfəlik təsdiqlənəcək.

Müvafiq maliyyə əməliyyatları üçün lazım olan bütün icazələr, lisenziyalar və təsdiqlər ABŞ tərəfindən təmin ediləcək.

7. Amerika Birləşmiş Ştatları İran İslam Respublikasına qarşı tətbiq edilən bütün növ sanksiyaların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, yəni Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Rəhbərlər Şurasının qətnamələrinin və ABŞ-nin həm ilkin, həm də təkrar birtərəfli sanksiyalarının yekun saziş çərçivəsində razılaşdırılmış cədvəl üzrə ləğv edilməsini öhdəsinə götürür. İran İslam Respublikası və ABŞ sanksiyaların ləğvi ilə bağlı yuxarıda qeyd olunan məsələnin mühüm əhəmiyyətini qəbul edir və qarşılıqlı razılığa gəlmək üçün danışıqlarda bu məsələləri dərhal nəzərdən keçirmək niyyətlərini ifadə edirlər.

8. İran nüvə silahı əldə etməyəcəyini və ya inkişaf etdirməyəcəyini təsdiq edir. ABŞ və İran yığılmış zənginləşdirilmiş uranın idarə olunması məsələsini hər iki tərəfin razılaşdıracağı mexanizmə uyğun olaraq, yeddinci bənddə qeyd olunan cədvələ əsasən və uranın BAEA-nın nəzarəti altında yerindəcə qarışdırılmasını nəzərdə tutan minimum metodologiya ilə həll etmək barədə razılığa gəliblər. Tərəflər həmçinin zənginləşdirmə məsələsini və İran İslam Respublikasının nüvə ehtiyacları ilə bağlı qarşılıqlı razılaşdırılmış digər mövzuları yekun müqavilədə təsdiqlənmiş qənaətbəxş struktur əsasında müzakirə etmək barədə razılığa gəldilər. Yekun saziş bu bəndin müddəalarını təsdiq edəcək. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası qeyd olunan nüvə məsələlərinin həlledici əhəmiyyətini qəbul edir və onlara dair qarşılıqlı razılığa gəlmək məqsədilə bu mövzuları danışıqlar masasında dərhal müzakirə etmək niyyətindədirlər.

9. Yekun saziş bağlanana qədər ABŞ və İran mövcud status-kvonu qoruyub saxlamağa razılaşıblar. İran öz nüvə proqramının cari status-kvosunu saxlayacaq, Amerika Birləşmiş Ştatları isə heç bir yeni sanksiya tətbiq etməyəcək və regionda əlavə qüvvələr yerləşdirməyəcək.

10. Amerika Birləşmiş Ştatları öhdəlik götürür ki, bu anlaşma memorandumu imzalandıqdan dərhal sonra və sanksiyalar tam ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi İranın xam neftinin, neft məhsullarının və törəmələrinin ixracına, həmçinin bank, sığorta, daşınma və s. daxil olmaqla bütün əlaqədar xidmətlərə icazələr verəcək.

11. ABŞ İranın dondurulmuş və ya istifadəsi məhdudlaşdırılmış vəsaitlərinin və aktivlərinin tam əlçatanlığını təmin etməyi öhdəsinə götürür. Bu anlaşma memorandumu qüvvəyə mindikdən sonra ABŞ və İran danışıqlar gedişində bu vəsaitlərin buraxılması ilə bağlı prosedurları qarşılıqlı şəkildə razılaşdıracaqlar. Sözügedən vəsaitlər, ilkin hesabda olmasından və ya köçürülməsindən asılı olmayaraq, İranın Mərkəzi Bankı tərəfindən təyin edilmiş hər hansı yekun benefisiara ödəniş üçün tam şəkildə istifadə edilməlidir. ABŞ buna uyğun olaraq bütün zəruri lisenziya və icazələri verməyi öhdəsinə götürür.

12. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası bu anlaşma memorandumunun uğurla həyata keçirilməsini və gələcəkdə yekun sazişin şərtlərinə riayət olunmasını izləmək üçün icra mexanizmi yaratmaq barədə razılığa gəliblər.

13. Bu anlaşma memorandumu imzalandıqdan və sənədin 1, 4, 5, 10 və 11-ci bəndlərinin icrasına başlanmaqla yanaşı, qeyd olunan tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi şərti ilə Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası yalnız qalan bəndlər üzrə yekun sazişə dair danışıqlara başlayacaq.

14. Yekun saziş BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiq ediləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 İyun 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri