Icma.az
close
up
RU
ABŞ və İran növbəti dəfə atəşkəsə getdilər: İndi nə edəcəklər?

ABŞ və İran növbəti dəfə atəşkəsə getdilər: İndi nə edəcəklər?

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İyulun 8-də başlayan və iki həftədən çox davam edən növbəti ABŞ-İran eskalasiyasına son qoyuldu.


ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

"Bakupost" xəbər verir ki, sözügedən qərar Oman rəsmilərinin Tehrana səfərindən sonra qəbul olunub.

Ardında, iyulun 26-da rəsmi Tehran da zərbələri dayandırdığını bildirib.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, İran ilə ABŞ arasında birbaşa hərbi toqquşmalara son verilməsi və sonrakı proseslər böhranın hələ tam aradan qalxmadığı, sadəcə yeni mərhələyə keçdiyini göstərdi:

“ABŞ müəyyən mənada özünü mürəkkəb geosiyasi oyunun içərisinə saldı. Çünki Yaxın Şərqdəki qarşıdurmalar təkcə iki dövlət arasında baş verən hərbi mübarizə deyil, həm də qlobal iqtisadi, enerji və təhlükəsizlik sisteminə birbaşa təsir göstərən prosesdir.

Xüsusilə Hörmüz boğazı məsələsi bu münaqişənin ən həssas nöqtələrindən biridir. Tarix göstərir ki, böyük dövlətlər bəzən strateji əhəmiyyətə malik boğazlar və dəniz yolları uğrunda apardıqları siyasətin gözlənilməz nəticələri ilə üzləşirlər”.

Bu baxımdan ekspertə görə, Hörmüz boğazı təkcə İran deyil, həm də ABŞ və onun müttəfiqləri üçün ciddi strateji risk mənbəyidir:

“Dünyanın enerji tədarükünün əhəmiyyətli hissəsinin bu marşrutdan keçməsi səbəbindən burada yaranan hansısa böhran qlobal iqtisadiyyata dərhal təsir göstərir.

ABŞ daxilində də bu məsələyə münasibətdə vahid mövqe yoxdur. Bir tərəfdə İrana qarşı daha sərt siyasətin tərəfdarı olan siyasi dairələr, o cümlədən İsrailin təhlükəsizlik maraqlarına daha yaxın mövqe tutan qruplar dayanır. Digər tərəfdə isə, genişmiqyaslı müharibənin ABŞ-ın milli maraqlarına zidd olduğunu, iqtisadi və hərbi baxımdan ağır nəticələr doğuracağını düşünən siyasi çevrələr mövcuddur. Bu fikir ayrılığı Vaşinqtonun gələcək strategiyasını formalaşdırmaqda çətinlik yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, son toqquşmalar qlobal enerji bazarlarında qiymət dalğalanmalarına səbəb oldu, beynəlxalq logistika zəncirlərində ciddi problemlər yaratdı, dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdı və dünya iqtisadiyyatında qeyri-müəyyənliyi dərinləşdirdi:

“Son qarşıdurma bir daha göstərdi ki, bölgədə hərbi əməliyyatların nəticələrini əvvəlcədən tam hesablamaq mümkün deyil. Belə böhranların təsiri yalnız münaqişə iştirakçıları ilə məhdudlaşmır, bütün beynəlxalq iqtisadi sistemə yayılır”.

A.Hüseynov hesab edir ki, diplomatik danışıqların davam etməsi qaçılmazdır:

“Tarix göstərir ki, uzunmüddətli geosiyasi qarşıdurmaların əksəriyyəti müəyyən mərhələdə danışıqlar masasına qayıdır”. Lakin onun fikrincə, danışıqların aparılması problemin tam həll olunması anlamına da gəlməməlidir:

“ABŞ ilə İran arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimadsızlıq, regional nüfuz uğrunda rəqabət və təhlükəsizlik məsələləri hələ də qalmaqdadır. Bu səbəbdən tərəflər arasında gərginliyin tam aradan qalxacağını gözləmək hələlik çətindir”.

Müsahibimiz ehtimal edir ki, Vaşinqton yaxın perspektivdə daha çox hərbi təzyiq və diplomatik danışıqları paralel şəkildə davam etdirməyə üstünlük verəcək:

“Mövcud vəziyyət ABŞ administrasiyasını da mürəkkəb seçim qarşısında qoyub. Bir tərəfdən, müttəfiqlərinin təhlükəsizlik gözləntiləri nəzərə alınmalıdır, digər tərəfdən isə yeni genişmiqyaslı müharibənin siyasi, iqtisadi və hərbi xərcləri ABŞ üçün ciddi risklər yaradır. Buna görə də Vaşinqtonun yaxın perspektivdə daha çox hərbi təzyiq və diplomatik danışıqları paralel şəkildə davam etdirməyə çalışacağı ehtimal olunur”.

Konfliktoloq deyir ki, son razılaşmalar və atəşkəs təşəbbüsləri tərəflər arasında imzalanan sənədlərin arxasında tam etimad və uzunmüddətli zəmanətin hələ formalaşmadığını göstərir: “Məhz buna görə də hər hansı razılaşma gərginliyin birdəfəlik bitməsi kimi deyil, müvəqqəti sabitlik mərhələsi kimi qiymətləndirilə bilər. ABŞ–İran münasibətlərində əsas ziddiyyətlər qalmaqda davam edir və onların yaxın gələcəkdə tam həll olunacağına dair qəti proqnoz vermək hələ mümkün deyil”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyul 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri