Icma.az
close
up
RU
ABŞ və İran şənbə danışıqlarına hazırlaşır: tərəflərin əlləri tətikdə

ABŞ və İran şənbə danışıqlarına hazırlaşır: tərəflərin əlləri tətikdə

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranla ABŞ arasında yaşanan gərginliyin artması fonunda bəzi hadisələr də baş verir. Tribunainfo.az xəbər verir ki, ötən gün ABŞ prezidenti Donald Tramp Tehranla birbaşa danışıqlar apardıqlarını bildirib.

O deyib ki, bu danışıqlardan nəticə gözləyir. Həmçinin İrana şənbə gününə qədər vaxt verdiyini də dilə gətirib. “Əgər şənbə günü keçirilən görüşdən nəticə alınmasa, İran üçün çox ağır olacaq”.

Bu əsnada Ağ Evdə Trampla Israilin baş naziri Benyamin Netenyahu arasında keçirilən görüşdən çıxan nəticələr barədə də fərqli fikirlər var. İsrail mediası İrana hücum tarixini dəqiqləşdirmək üçün bu görüşün keçirildiyini iddia edib. Həırçənd Qərb mediası İran məsələsinin gündəmdə olduğunu, lakin hücumla bağlı danışmağın tez olduğunu qeyd edirlər.

“İran İnternational” saytı isə bu barədə yazır ki, İsrail İranın zənginləşdirmə proqramını tamamilə ləğv etmək istəyir. “Təl Əvivdə düşünürlər ki, əgər İran öz nüvə proqramının kiçik bir hissəsini belə saxlaya bilsə, Trampın prezidentliyi bitdikdən sonra və ya şərtləri münasib hesab etdiyi zaman sürətlə zənginləşdirmə proqramını reallaşdırmağa başlayacaq”.

İran da bu əsnada sakit oturmayıb. Tehrandakı molla rejimi müharibəyə hazırlaşdığı kimi, diplomatik fənlərdən istifadə edərək, prosesdən yayınmağa çalışır. Məsələn, İranın XİN başçısı Abbas Əraqçı bildirib ki, ABŞ-la danışıqlar Omanda keçiriləcək. Onun sözlərinə görə, birbaşa yox, dolayı danışıq aparacaqlar.

Bundan başqa, İran ordusu da hazırlıq içindədir. Artıq iki gündür molla rejimi ölkənin hava sahəsini tam bağlamaq üçün əlavə imkanları işə salıb. Belı ki, SEPAH yeni istifadəyə verilmiş “Qədr” Havadan Müdafiə Ssistemlərini ölkənin hər yerinə yerləşdirməyə başlayıb. “Bu yeni radarları əsas ərazilərdə quraşdırmaqla İran ABŞ və İsrailin potensial hücumlarına qarşı öz hava hücumundan müdafiəsini gücləndirməyə çalışır”.

İranın nüvə silahı yaratmaq cəhdlərinə gəlincə, Tehran bunu da təkzib edib. Bu ölkənin XİN-i bəyan edib ki, onların nüvə silahına sahib olmaq kimi niyyətləri yoxdur. “Tehran heç vaxt nüvə silahı yaratmayacaq. Bu, ali dini rəhbərin fətvasına əsaslanan strategiyamızın ayrılmaz hissəsidir”.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri