ABŞ və İsrail İranın XİN rəhbərini və spikerini hədəf siyahılarından çıxarıblar
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi və məclisin (Parlament) sədri Məhəmməd Bağır Qalibaf müvəqqəti olaraq İsrail və ABŞ-ın hücum hədəfləri siyahısından çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ və İsrail İranın nümayəndələri ilə danışıqlar aparmaq üçün bu addımı atıblar. Qəzet iddia edib ki, hədəfin aradan qaldırılması müddəti 4-5 gündür.
Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən ABŞ-nin İran hakimiyyətinə münaqişəyə son qoymaq üçün 15 maddəlik plan göndərdiyini bildirmişdi. Məlumata görə, plan Tehranın raket və nüvə proqramlarını əhatə edir. Sənəddə həmçinin naviqasiya azadlığı da yer alıb. Lakin Tehran Vaşinqtonun məhsuldar danışıqlar aparacağına şübhə ilə yanaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Mart 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















