Icma.az
close
up
RU
ABŞ və İsrail Suriya hökumətinə “yaşıl işıq” yandırıb? Druz bölgəsinə ordu göndərilib

ABŞ və İsrail Suriya hökumətinə “yaşıl işıq” yandırıb? Druz bölgəsinə ordu göndərilib

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyanın Əhməd Əş-Şara rəhbərliyindəki hökuməti ABŞ və İsrailin razılığına arxayın olaraq, druzların nəzarətində olan Əs-Süveyda bölgəsinə ordu göndərib. Bu barədə “Reuters” agentliyi səkkiz məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Dəməşqdə ABŞ-nin Suriyə üzrə xüsusi nümayəndəsi Tomas Barakın “Suriya vahid dövlət kimi idarə olunmalıdır, bölgəvi muxtariyyətlər yolverilməzdir” fikirləri və israilli rəsmilərlə Bakıda keçirilən son danışıqlar yanlış başa düşülüb.

Suriya ordusunun yüksək rütbəli nümayəndəsi bildirib ki, ABŞ rəsmiləri Dəməşqin cənuba ordu göndərmək planına açıq reaksiya verməyib. Bu da rəsmi Dəməşq tərəfindən Vaşinqtonun planı “səssiz şəkildə təsdiqləməsi” kimi yozulub. Həmçinin hesab edilib ki, İsrail də müdaxilə etməyəcək.

Formal olaraq Suriya ordusu Əs-Süveydaya bölgədə təhlükəsizliyin təmin edilməsi və druzlarla bədəvilər arasında baş vermiş silahlı qarşıdurmalara son qoymaq üçün göndərilib. Lakin əslində, Dəməşqdən gələn qüvvələr döyüşdə bədəvilərin tərəfində yer alıblar.

Bu hadisələrin fonunda İsrail Müdafiə Qüvvələri (CƏXAL) Suriyanın cənubundakı bir sıra hədəflərə zərbələr endirib. Tel-Əviv druzlara dəstək vermək və İsrailin sərhədlərinə, eləcə də ordu mövqelərinə yaxın ərazilərdə Suriya ordusunun və hərbi texnikasının yerləşməsinə imkan verməmək üçün bu addımı atıb.

Qeyd edək ki, bölgədəki gərginlik son günlər artmaqda davam edir və hadisələrin regionda daha geniş toqquşmalara səbəb ola biləcəyi istisna olunmur.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri