Icma.az
close
up
RU
ABŞ və İsrailin təzyiqlərinə İrandan QƏRİBƏ REAKSİYA: Baqeri bölgə ölkələrini hədəfə aldı...

ABŞ və İsrailin təzyiqlərinə İrandan QƏRİBƏ REAKSİYA: Baqeri bölgə ölkələrini hədəfə aldı...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp İranla müharibə istəmir. Ancaq Tramp Tehranın ABŞ-ın və İsrailin tələblərini yerinə yetirməsini tələb edir. Tehran nüvə çalışmalarından imtina etməlidir. Rəsmi Tehran ultimativ tonda Vaşinqtonla müzakirələr aparmayacağını açıqlayıb.

ABŞ-dan fərqli olaraq İsrail İranın strateji hərbi mərkəzlərinə raket zərbələrinin endirilməsinin tərəfdarıdır. İsrail ötən ilin oktyabr ayında İrana raket zərbələri endirməklə İranın hava müdafiə sistemlərinı sıradan çıxarıb. İsrail hökuməti hesab edir ki, nə qədər ki, İran silahlı qüvvələri hava müdafiə sistemlərini bərpa edə bilməyiblər, bu ölkənin hərbi mərkəzlərinə növbəti zərbələr endirilməlidir. İsrail hökuməti bu yolla İranın uranı zənginləşdirmək siyasətini əngəlləyəcəyini düşünür".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

 O bildirib ki, İran bu təhdidlərə sərt cavab verib: "İran silahlı qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqeri bildirib ki, İran istənilən hücumu dəf etməyə və düşmənin cavabını verməyə hazırdır. Baqerinin sözlərinə görə, İranın hava müdafiə sistemləri bərpa olunub. “Əgər İrana təhlükə yaranarsa, bu halda bölgədə vəziyyət gərginləşəcək, qeyri-sabitliyi yaradanlar və onların müttəfiqləri təhlükə altında olacaqlar” deyən iranlı general konkret ölkələrin adlarını çəkməsə də, ABŞ və İsrailin bölgədəki tərəfdaşlarını nəzərdə tutub. Baqeri “bölgə ölkələri” dedikdə böyük ehtimalla Səudiyyə Ərəbistanı və Azərbaycanı da nəzərdə tuta bilər. Səudiyyə Ərəbistanının ABŞ-la, Azərbaycanın isə İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur. Səudiyyə Ərəbistanı və Azərbaycan İrana qarşı raket zərbələrinin endirilməsinin tərəfdarı deyillər, bölgədə gərginlik istəmirlər. Ancaq Baqerinin sözlərindən belə çıxır ki, əgər ABŞ və ya İsrail İrana zərbə endirərlərsə, Tehran bu iki dövlətin bölgədəki tərəfdaşlarını da hədəf alacaq. Halbuki, mümkün toqquşmanın bölgə ölkələrinə aidiyyatı olmayacaq. Buna baxmayaraq, Azərbaycan müttəfiqləri ilə koordinasiyanı gücləndirməlidir. Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədə rəsmi görüşlərə başlayarkən, xarici xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib. Səfər çərçivəsində Ceyhun Bayramov səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşəcək. Rusiya-Ukrayna müharibəsi bitərsə və ya atəşkəs əldə olunarsa, Kremlin Cənubi Qafqaza diqqəti artacaq, eyni zamanda İsrail-İran gərginliyi də bölgə üçün təhlükələr yarada bilər. Gələcək təhlükələr barədə müttəfiqlər arasında fikir mübadiləsinin genişlənməsinə ehtiyac var".

Türkanə,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Fevral 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri