Icma.az
close
up
RU
ABŞ və Kolumbiya arasında miqrant böhranı aradan qaldırılır

ABŞ və Kolumbiya arasında miqrant böhranı aradan qaldırılır

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ və Kolumbiya arasında miqrasiya böhranı hələlik həll olunub. Kolumbiya administrasiyası Trampın şərtlərini qəbul edib və ABŞ administrasiyası Kolumbiyaya tətbiq edəcəyi sanksiyaları geri götürüb.
Reyting.az
xatırladır ki, ABŞ-dakı kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verilmədiyi üçün ABŞ Prezidenti Donald Tramp Kolumbiyaya qarşı rüsumlar və sanksiyaların tətbiqinə göstəriş vermişdi.
Tramp deyib ki, Kolumbiya lideri Petronun təyyarələrin ölkəyə enməsinə icazə verməməsi ABŞ-nın milli və ictimai təhlükəsizliyini təhlükə altına alıb, dərhal və qəti cavab tədbirləri görməyə göstəriş verib. Kolumbiyadan ABŞ-a daxil olan bütün mallara dərhal 25 faizlik rüsum tətbiq etmək istədiyini deyən Tramp bir həftə ərzində bu dərəcənin 50 faizə qaldırılacağını vurğulayıb. Kolumbiya hökumət rəsmiləri üçün səyahət qadağaları və vizaların ləğvi barədə göstəriş verdiyini deyən Tramp bildirib ki, onların ailələrinə və Kolumbiya hökumətinin tərəfdarlarına qarşı viza sanksiyaları tətbiq edəcək. Tramp milli təhlükəsizlik baxımından bütün Kolumbiya vətəndaşları və yüklər üçün gömrük və sərhəd mühafizə yoxlamalarının artırılacağına, xəzinə, bank və maliyyə sanksiyalarının da tətbiq ediləcəyinə də diqqət çəkib.
Kolumbiya prezidenti Petro ABŞ-dan deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməyib: “ABŞ kolumbiyalı mühacirlərə cinayətkar kimi baxa bilməz. Kolumbiyalı mühacirləri daşıyan ABŞ təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz immiqrantları qəbul etməzdən əvvəl ABŞ onlarla ləyaqətlə davranmaq üçün protokol yaratmalıdır”.
Son məlumata görə, artıq Kolumbiya tərəfi geri çəkilərək ABŞ-dan hava yolu ilə deportasiya edilən qeyri-qanuni miqrantları daşıyan təyyarələri qəbul edir.
Ağ evin sözçüsü Karolin Leavitt deyib ki, Kolumbiya hökuməti prezident Donald Trampın qanunsuz miqrantların məhdudiyyətsiz və gecikmə olmadan ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib.
ELÇİN

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Yanvar 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri