ABŞ və Kuba birbaşa danışıqlara başlayıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kuba bu yaxınlarda adada ABŞ rəsmiləri ilə görüş keçirdiyini təsdiqləyib. Vaşinqton 2016-cı ildən bəri ilk dəfə Kubaya diplomatlar göndərib. Kuba enerji embarqosuna, ABŞ isə repressiyalara son qoyulmasını və siyasi məhbusların azad edilməsini tələb edir.
Məlumatı “Euronews” verib.
Havana bu yaxınlarda Kuba torpağında ABŞ nümayəndələri ilə görüş keçirdiyini təsdiqləyib. Bu, iki ölkə arasında diplomatik münasibətlərin, xüsusən də Vaşinqtonun tətbiq etdiyi enerji embarqosu ilə bağlı güclü gərginliyin davam etdiyi bir vaxtda diplomatik münasibətlərin qurulması üçün yeni bir cəhddir.
Kuba Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüş hər iki administrasiyanın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə və “hörmətli və peşəkar” atmosferdə keçib. Xarici işlər nazirinin müavini Alexandro Qarsiya del Toro bildirib ki, “ölkəyə qarşı enerji embarqosunun ləğvi nümayəndə heyətimiz üçün əsas prioritet idi”. O, embarqonu “bütün Kuba əhalisi üçün əsassız cəza” adlandırıb.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 21 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















