ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi Kremldən reaksiya
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya ABŞ və Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərini nəzərdə tutan dəstək planına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov danışıb.
O, sözügedən planı “manipulyasiya” adlandıraraq, Rusiyanın belə bir razılaşmanı qəbul etməyəcəyini vurğulayıb.
Kartapolovun sözlərinə görə, bu cür açıqlamalar Moskvaya təzyiq məqsədi daşıyır.
“Hələ sülh sazişi imzalanmayıb və gələcək sənədlərin məzmunu barədə danışmaq əsassızdır. Belə bəndlər mümkün sülh razılaşmasında yer ala bilməz”.
Qeyd edək ki, bir müddət əvvəl “Financial Times” (FT) nəşri məlumat yayıb ki, Ukrayna, ABŞ və Avropa ölkələri Moskva ilə Kiyev arasında sülh razılaşmasını dəstəkləmək üçün çoxşaxəli plan hazırlayıb.
Bildirilir ki, eskalasiya genişmiqyaslı hücuma çevrilərsə, ilk atəşkəs pozuntusundan 72 saat sonra ABŞ-ın iştirak etdiyi və Qərb tərəfindən dəstəklənən qüvvələrin əlaqələndirilmiş hərbi əməliyyatları başlayacaq.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















