Icma.az
close
up
RU
ABŞ və Rusiya arasında GİZLİ ANLAŞMA Bu dövlətlərin sonu YAXINLAŞIR... SENSASİON DETALLAR

ABŞ və Rusiya arasında GİZLİ ANLAŞMA Bu dövlətlərin sonu YAXINLAŞIR... SENSASİON DETALLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar baş tutub.
Rusiyanı danışıqlarda senator Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda təmsil edib.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti ilə ABŞ nümayəndələri arasında ilk görüş fevralın 17-də Səudiyyə Ərəbistanında olmuşdu. Bu görüşlərin əsasən Ukrayna münaqişəsi ilə bağlı olduğu deyilsə də, bu sahədə son 2 ayda heç bir razılığa gəlinməyib. Amma hadisələrin inkişafı göstərir ki, bu görüşlərdə ABŞ-la Rusiya bir çox məsələlərdə ortaq dil tapa biliblər.
Dünya yenidən bölüşdürülür
Beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda ABŞ-la Rusiya arasında gedən danışıqların əsas qayəsi dünyanın yenidən bölüşdürülməsidir. Həm Yaxın Şərqdə, həm də Ukraynada heç bir uğur qazanmayan rəsmi Vaşinqton rəsmi Moskva ilə dil tapmağa çalışır. Çünki Rusiya hazırda küncə sıxışdırılmış vəziyyətdə görünsə də, kifayət qədər gücə malikdir.
Tək bir faktı deyək ki, dünyanın ən böyük əmtəə istehsalçısı olan Çin və dünyanın üçüncü ən böyük ÜDM-nə sahib Hindistan hələ də Rusiyanın yanındadır. Bu səbəbdən ABŞ-Aİ birliyi Rusiya-Çin-Hindistanın birliyi fonunda çox zəif görünür.
Üstəlik, Asiyadakı siyasi və iqtisadi birlik gücləndikcə ABŞ-la Aİ arasındakı əlaqələr daha da zəifləyir. Çünki Aİ ABŞ üçün “mehriban düşməndir”. Ona görə də Rusiya ilə münasibətləri bir qədər normallaşdırmaq Tramp Adminstrasiyasına hava-su kimi vacibdir.
Trampın çıxış yolu
Nəzərə alaq ki, hakimiyyətdə olduğu 3 ayda Tramp Amerika xalqına vəd etdiyinin heç birini verə bilməyib. Əksinə, ötən aydan ABŞ-a idxal olunan məhsullara yeni tətbiq olunun vergi və gömrük rüsumları daxili bazarda qiymətləri 30-40 faiz bahalaşdırıb. İnflyasiyadan və bahalaşmadan narahatlıq keçirən amerikalılar isə artıq Trampdan hesab soruşmağa başlayıblar. Artıq hər gün Konqresin və Ağ Evin qarşısında etiraz mitinqləri keçirilir.
Tramp çıxış yolunu Rusiya ilə münasibətlərin bir qədər yumşaldılmasında görür. Çünki Kreml ilə ümumi dil tapmaq rəsmi Vaşinqton üçün çox vacibdir. Əgər bu baş tutsa, o zaman ABŞ Avropa İttifaqının siyasi, Çininsə iqtisadi təzyiqlərindən bir qədər qurtular. Ən azı zaman qazanmış olar. Bunun hesabına da Tramp Amerika xalqına həm ucuz əmtəə məhsulları verər, həm də bir qədər vaxt qazanar.
Tramp Putinə nə vəd edir?
Məlum olduğu kimi Rusiya Qərbin ağır iqtisadi sanksiyaları altında çətin günlər yaşayır.
Həmçinin ABŞ-ın ümumi dövlət borcu 36 trilyonu keçib. Yəni prinsipcə iki ölkə eyni aqibəti yaşayır. Bunların fonunda isə Çin, Hindistan, Türkiyə və bəzi Avropa dövlətləri öz iqtisadi güclərini artırır. Bu nə ABŞ-a, nə də Rusiyaya yaxşı heç nə vəd etmir. Ona görə də Tramp hökuməti əvvəlki incikliyi bir tərəfə qoyub Rusiya ilə ümumi dil tapmaq istəyir.
Bunun üçün Tramp Putinə müəyyən vədlər verir. Ağ Evdəkilər Kremldəkilərə vəd veriblər ki, birgə hərəkət etsələr, Qərbin sanksiyaları əvvəlcə yumşaldılar, daha sonra isə aradan qaldırılar. İkinci bir öhdəlik isə Rusiyanın ABŞ-da və Avropadakı 300 milyardlıq dondurulmuş aktivlərinin geri qaytarılmasıdır.
ABŞ liderinin üçüncü vədi “Şimal axını”nın yenidən bərpasıdır. ABŞ və Rusiya arasında danışıqların getməsi, xüsusilə də Qərbi Sibir qazının Avropaya qaytarılması və “Nord Stream” boru kəmərinin bərpası planları gizli sövdələşmə şübhələrini daha da artırır. Hətta Trampa yaxın maliyyəçilərin Rusiya suveren fondunun rəhbəri Kiril Dmitriyev ilə əlaqələri və ortaq enerji layihələrinə giriş imkanı da gündəmə gəlib.
Xarici işlər naziri Sergey Lavrovun sözügedən mövzuda açıqlaması da diqqət çəkir:
“Əgər amerikalılar Avropaya təzyiq göstərsə və onları Rusiya qazını qəbul etməyə məcbur etsə, bu, bizim üçün qələbə olacaq”.
“Minerallar sazişi”ndən kimlər qazanclı çıxa bilər?
Təsadüfi deyil ki, “The Telegraph” nəşri bu günlərdə yazıb ki, Trampın “minerallar sazişi” Zelenskiyə təzyiq, Putinə qaz imperiyasını bərpa şansı yaradır.
ABŞ prezidenti Donald Trampın hazırladığı və “The Telegraph” tərəfindən ələ keçirilmiş gizli “bərpa planı” dünya diplomatiyasında bənzəri görünməmiş bir sənəd kimi qiymətləndirilir. Plan Ukraynaya bərpa üçün dəstək adı altında, əslində onun neft, qaz, nadir torpaq elementləri, metal və nəqliyyat infrastrukturuna tam nəzarəti ABŞ-a verən neokolonial müqavilədir.
Təsadüfi deyil ki, bu günlərdə Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz daşımaların təmin edilməsi barədə razılığa gəliblər. Bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evin yazılı bəyanatında deyilir:
“Birləşmiş Ştatlar və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”.
Bu da o anlama gəlir ki, ABŞ Ukrayna üzərindən Rusiya ilə bazarlıq edir.
Məlumdur ki, Tramp Zelenskini bədnam sazişi imzalamağa məcbur edir. Ağ Evdəkilər deyirlər ki, Zelenski ya bu razılaşmanı imzalamalı, ya da ABŞ-ın dəstəyindən məhrum qalmalıdır.
Müqavilədə isə qeyd edilir ki, Ukrayna ABŞ-a 100 milyard dollar borc ödəyənə qədər bütün gəlirlərin hamısı Vaşinqtona çatacaq. Ukrayna isə yalnız borc ödənəndən sonra gəlirin 50 faizinə sahib ola biləcək. Bunun üçün isə heç bir təhlükəsizlik zəmanəti və ya ABŞ tərəfindən maliyyə yatırımı nəzərdə tutulmur.
Zelenskinin qərarını gözləmədən Tramp artıq öz işini görür. Yaxın aylarda Ukraynanın qiymətli mineral ehtiyatını rahatlıqla daşımaq üçün Tramp Putindən Qara dənizdə hərəkət sərbəstliyinə “ok” alıb.
Beləcə, büdcəsi boş, iqtisadiyyatı defolt vəziyyətində olan ABŞ-ı xilas etmək üçün Tramp Kreml ilə sövdələşməyə gedir. Qara dəniz razılaşması iki supergüc arasında razılaşmanın ilk simptomlarıdır.
Bəs, dünyanın yenidən bölüşdürülməsi üçün Ağ Evlə Kreml daha hansı razılığa gəliblər?
Bu sualın cavabı isə yaxın gələcəkdə bəlli olacaq...
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see279

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see256

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see141

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see131

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see121

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see119

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri