Icma.az
close
up
RU
BU İL DEVALVASİYA GÖZLƏNİLİRMİ? İqtisadçı gözləntini və səbəblərini açıqladı

BU İL DEVALVASİYA GÖZLƏNİLİRMİ? İqtisadçı gözləntini və səbəblərini açıqladı

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Devalvasiya riski adətən milli valyutaya təzyiq yaradan amillər (ölkədə xarici valyutaya tələb kəskin artır, hökumət bunun qarşısını alacaq addımıarı ya atmır ya da geçikir, bank depozitlərində milli valyutada saxlanılan əmanətlər azalır və ölkədən kapitalın qaçışı davamlı xarakter alır) və qısamüddətli şoklar (ixrac azalır, idxal artır, ticarət dövriyyəsində və dövlət büdcəsində kəsir yaranır və artmağa başlayır, əsas ixrac malları üzrə gəlirlər azalır, Mərkəzi Bankın ehtiyatları zəiflləməyə meylli olur) üst-üstə düşəndə yaranır”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı İlham Şaban dünya bazarında neftin qiymətinin düşəməsinin Azərbaycan manatının dollar qarşısında kursuna mümkün təsirlərini şərh edərkən deyiib.

“Biz görürük ki, neft əvvəlki qazancı gətirmir. Əlbəttə, idxal neçə illərdir ki, davamlı olaraq artır. Bu, təkcə bizim idxala meylliliyimizdn irəli gəlmir, xarici bazarlardakı qiymət artımları da təsir edir”, - deyə o, qeyd edib.

Bununla bərabər İlham Şaban vurğulayıb ki, paralel olaraq ölkənin valyuta ehtiyatlatı da, dövlətin qızıl ehtiyatları da artır, xarici borclanma isə aşağı səviyyədədir. Onun sözlərinə görə, qızıl ehtiyatı qiymətli metalı təkcə xarici bazardan almaq yolu ilə yox, həm də onun istehsalını artırmaq yolu ilə yüksəlir.

Ekspert əlavə edir ki, maliyyə bazarlarımızın oyunçuları da 10 il əvvəllə müqayisədə daha intizamlıdırlar, hökumət qurumları bazarlara nəzarəti daha ciddi apara bilirlər: “Yəni, “mən Həsənağanın bacısı oğluyam” deyib bir KaMAZ dollar çıxarmağa bənzəyən əməliyyatlar epizodik xarakter daşıyır, pulun hərəkəti daimi müşahidədir”.

İlham Şabanın sözlərinə görə, başqa bir vacib məsələ hökumətin ölkədə izafi pul kütləsi yaratmaq istəyində olmamasıdır: orta əmək haqqı bizdə iqtisadiyyatın həcminə mütənasibdir.

“Yəni bütün bu amilləri nəzərə almaqla demək olar ki, hökumət çıxılmaz vəziyyətdə deyil ki, manatı zəiflətməklə özünün qarşısında duran məsələləriin həllinə zərurət duysun”, - deyə o, qeyd edib.

İqtisadçı bildirib ki, hökumət inflyasiya yaradan amilləri tam buxovlaya bilmir: “Məsələn, dizelin qiymətinin artırmı sonda böyük əksəriyyət mal və xidmətlərin bahalaşmasına yol açır. Bəs bu addıma niyə gedildi? Demək ki, büdcənin neft sektorundan azalan gəlirlərinin hələ ki, qeyri-neft sektoru hesabına doldurulmasının başqa alternativ yolları, məsələn, istehsalın genişləndirilməsi hesabına təminatı zəifdir”.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri