Icma.az
close
up
RU
Rza Talibi: “ABŞ la İran gizli razılığa gəliblər” SENSASİON DETALLAR

Rza Talibi: “ABŞ la İran gizli razılığa gəliblər” SENSASİON DETALLAR

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İranın artıq seçim imkanları qalmayıb. Dini liderin fərqli bəyanatlar verməsi isə məncə əhəmiyyətsizdir. Ona görə də fərqli-fərqli ehtimallar və proqnozlar var. Hətta deyilir ki, Trampın təklifi, sonradan Oman vasitəsilə İranın qarşısına qoyulub. O təklif planında isə bəzilərinin fikrincə İranın uranı zənginləşdirməsinə icazə verilməyəcək. Amma "Axios"un bəzi məlumatlarına görə isə bu zənginləşdirmə 3.6 səviyyəsində razılaşdırılıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Rza Talibi deyib. İran-ABŞ danışıqlarını şərh edən analitik, rəsmi Tehranın Vaşinqtonla uzlaşmaqdan başqa şansının qalmadığını bildirib.
Tərəflər nə istəyir?
“Həmin zənginləşdirməyə də razılıq verilib. Bu, 2015-ci ildəki razılaşmada da belə idi, heç bir fərq yox idi. Sonra isə mərhələli şəkildə sanksiyalar aradan qaldırılmalı idi. Lakin bu günə qədər Tramp sanksiyaların müddətini uzatmayıb, sadəcə havada saxlayıb. Bu da İran üçün bir növ “yaşıl işıq”dır. Amma şəffaflıq olmadığı üçün və məsələlər xaricə sızmadığına görə, hər kəs fərqli proqnoz verir.
ABŞ-nin dövlət katibi Mark Rubionun səsləndirdiyi fikirlər göstərir ki, ABŞ heç olmasa, İranın zənginləşdirmə işlərini gizli aparmasını istəmir. Buna əsaslanaraq onlara bir konsessiya təklif edilib. İran isə deyir ki, uranın zənginləşdirilməsi proqramı İran ərazilərində, məsələ Deşm və ya Kiş adasında davam etdirilsin. ABŞ-ın əsas istəyi İranın nüvə obyektlərinin İsrailə yaxın ərəb ölkələrində – məsələn, BƏƏ və ya Oman kimi yerlərdə olmasıdır”, müsahibimiz bildirib.
“ABŞ və İran müharibə istəmir”
Talibi qeyd edir ki, bu konsessiyanın tərkibində Körfəz ölkələri də müəyyən pay ala bilər. Lakin hər şey hələ də qeyri-müəyyəndir. Buna baxmayaraq, hər iki tərəfin də müharibəyə getmək fikri yoxdur. Yəni nə ABŞ müharibə istəyir, nə də İranın müharibə üçün mühiti münasibdir:
“Vəziyyət göstərir ki, tərəflər artıq hansısa razılığa gəliblər. Bu müzakirələrin xaricində İsrailin təzyiqləri də davam edir. Halbuki, İsrailə yaxın olan bəzi bürokratlar Trampın komandasından uzaqlaşdırılıb. Məsələn, Mayk Uolts və ya Morqan Orteqas kimi şəxslər İsrailyönümlü texnokratlar idi. Onların kənarlaşdırılması göstərir ki, Tramp İsrailin mövqeyi ilə tam razı deyil.

Bu müzakirələrdə ABŞ tərəfindən geriyə addım atılarsa, İsrailin hücum həyata keçirə biləcəyi ehtimal olunur. Bu hücum böyükmiqyaslı hərbi əməliyyat və ya hava zərbələri olmayacaq. Əksinə, ölkə daxilində – məsələn, Bəndər Abbasda baş verən hadisələr kimi, daxili dinamikaları təhrik edən hücumlar ola bilər”.
Bu məsələdə ABŞ və İsrail arasında müəyyən ziddiyyətlər var. Digər tərəfdən, Avropa ölkələri də prosesə müdaxilə edir.
““Snapback” mexanizmi yaxınlaşır və artıq oktyabr ayında müddəti bitəcək. Əgər bu mexanizm aktiv edilməsə, Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların hamısı ləğv olunacaq. ABŞ-ın bu məsələ ilə bağlı danışıqları davam edir və Norveç, eləcə də Avstriyanın kəşfiyyat xidmətlərinin verdiyi bəzi hesabatlara əsasən, İran yüksək səviyyədə nüvə silahı əldə etməyə yaxınlaşıb. Bu “Höküm” mərhələsi – yəni nüvə enerjisi üzrə qərar mexanizminin bir hissəsi olaraq, İrana ciddi təzyiqlər göstərildikdən sonra, İran və ABŞ müəyyən bir ortaq nöqtədə dayanmağa məcbur qaldılar. O dövrdə müharibə ehtimalı vardı. Bu gün düşündüyümüz qədər olmasa da, müzakirələr davam edəcək. Yəqin ki, bu proses 1-2, maksimum 3 raunddan ibarət olacaq. Çünki həll olunmalı məsələ heç də sadə deyil”.
Talibi əlavə edib ki, müzakirələr texniki xarakter daşıyır.
“Bu texniki məsələlər üzrə razılaşma əldə olunduqdan sonra isə əsas məsələ – sanksiyaların necə və hansı ardıcıllıqla aradan qaldırılması gündəmə gələcək. Bu isə ABŞ Konqresindən asılıdır.
Konqres bu qərarı verəcək, ya verməyəcək?

Prezident ehtimal ki, müvəqqəti veto hüququndan istifadə edə bilər. Amma bu veto qərarının Trampın əlini nə qədər gücləndirəcəyi də sual atlındadır. Eyni zamanda, Rusiya və Çin də bu məsələyə təsir edir. Sual yaranır: Rusiya-Ukrayna problemi fonunda İran məsələsini diqqətdən kənarda qoyacaqmı? Bütün bunlar mürəkkəb bir siyasi çərçivənin içində baş verir.
Fikrimcə, əgər sanksiyalar doğrudan da aradan qaldırılarsa, İran hökuməti əvvəlcədən özünü sığortalamaq istəyir. Mənim qənaətim budur ki, tərəflər mütləq şəkildə oturub danışmaq niyyətindədirlər. Çünki bilirlər ki, hər hansı bir müharibə başlasa, İran ABŞ və İsrail qarşısında dayana bilməz. Müzakirələr isə həm vaxt aparır, həm də müharibənin qarşısını almağa yönəlmiş strategiyadır. Bu iki əsas səbəb var. Yəni bir tərəfdən müharibə istəmirlər, digər tərəfdən də həqiqətən səmimi şəkildə razılaşma əldə etmək istəyirlər”, - deyə R.Talibi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri