Qızıl mağazasında öldürülən azərbaycanlının kimliyi bilindi Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Marneuli bazarında güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.
“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aldığı güllə xəsarətlərindən ölən şəxsin 27 yaşlı Sahib Bayramov olması müəyyənləşdirilib.
Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Onun əlində tapança ilə qızıl mağazasına doğru irəliləməsi görüntülərdə əks olunub.
Xatırladaq ki, dünən Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb.
Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata-oğulun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.
Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır.
Fotoda: Sahib Bayramov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 05 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















