Icma.az
close
up
RU
ABŞ və Rusiya ölüm dirim mübarizəsinə başlasa... AÇIQLAMA

ABŞ və Rusiya ölüm dirim mübarizəsinə başlasa... AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Trampdan sonra ABŞ və Rusiya münasibətlərinin köklü şəkildə dəyişəcəyini gözləmək mümkün deyil. Çünki burada beynəlxalq qarşıdurma var və tərəflər sadəcə ABŞ və Rusiya deyil. Qarşıdurmaya Çin, İraq, Türkiyə, Qərbi Avropa ölkələri, hətta Brazilya, Cənubi Afrika Respublikası da daxildir. Buna görə də hər dövlətin öz maraqlarını qorumaq üçün yanaşması olacaq. İndiki məqamda ABŞ və Rusiya münasibətlərinin köklü şəkildə dəyişməsinin bir tək yolu var. O da bir tərəfin digərinə sonuna qədər güzəştə getməsidir". 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
O bildirib ki, xırda güzəştlər belə ciddi qarşıdurmanı aradan qaldıracaq qədər ciddi səbəb deyil:
"Nə ABŞ, nə də Rusiya özündə köklü dəyişikliklər etmək niyyətindədir. İki ölkə arasında  çəkişmə asanlıqla aradan qalxmayacaq. ABŞ və Rusiya ölüm-dirim mübarizəsinə başlasa, kimin qalib gəlməsindən asılı olmayaraq hər ikisinin dünya miqyasında nüfuzu sarsılacaq. Sırf bunun qarşısını almaq üçün bir-biri ilə sakit tərzdə qarşıdurma müstəvisinə keçə bilərlər. Trampdan sonra biz iki ölkənin Ukrayna cəbhəsi və digər cəbhələrdə sakitliyinə şahid ola bilərik. Ancaq bu bütün problemlərin həlli demək olamayacaq".
Onun sözlərinə görə, Tramp Ukraynada sülhdən yana olduğunu nə qədər desə də, bu Vaşinqtonun şərtlərini qəbul etdirməklə mümkün olacaq:
"Rusiya isə bu şərtləri qəbul etməyəcək. Rusiyanın razı olacağı halda belə Ukraynanın dövlət maraqlarının necə olacağı haqqında sual yaranır. ABŞ köklü dövlətdir. Şərq dövlətlərində şəxlərin diktaturası olduğu kimi ABŞ və Avropada sistemlərin diktaturası mövcuddur. Ona görə ABŞ-də prezidentlər dəyişsə də, sistemin ümumi maraqları hər biri üçün öncəlikdir. Trampda bu maraqları köklü sürətdə dəyişə bilməz. Tramp sadəcə ümumi dövlət maraqlarının standartlarını dəyişə bilər. Bu da tamamilə həmin dövlət maraqlarının müdafiəsinə hesablanmış olacaq. Məsələn, Co Bayden ABŞ-nin dövlət maraqlarının Rusiya ilə mübarizə olduğunu düşünürdü. Tramp adminstrasiyasının xarici siyasətinin əsas istiqaməti isə Çini və İranı zəiflətmək olacaq. Rusiyanın ikinci planda qalması Rusiyaya təslim demək olamayacaq. Rusiya şərtlərdən qaçarsa, Ukraynaya Bayden dövründəkindən daha sərt dəstək verilə bilər. Tramp məcburetmə psixologiyasında olan şəxsdir. Tramp sırf sülhü təmin etmək üçün daha ciddi hərbi yardımlar təmin edə bilər. Bütün bunlar isə ilk aylarda baş tutmayacaq. Tramp çalışacaq ki, ilk aylarda heç bir şeyə ehtiyac olmadan danışığa gələ bilsin".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri