ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidentinin Ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Bulos Suriyadakı münaqişənin həlli ilə bağlı bu ölkənin Suveren Şurasının sədri Əbdül Fəttah əl-Burhan ilə danışıqlar aparıb.
Adalet.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, görüş Misirin Yeni Əl-Əlameyn şəhərində Afrika İttifaqının Koordinasiya Görüşü çərçivəsində baş tutub.
M.Bulos bildirib ki, Vaşinqton Sudan böhranına siyasi həll yolu tapmaq üçün Misir və digər regional və beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək.
"Birləşmiş Ştatlar Sudan siyasi qüvvələri arasında hərtərəfli dialoqa və Sudanın gələcəyi üçün ilkin yol xəritəsinin hazırlanmasına aparan bütün səyləri dəstəkləməyə hazırdır", - o deyib.
Müşavirin sözlərinə görə, diplomatik səylər hərbi əməliyyatlara son qoymağa, təhlükəsizliyi bərpa etməyə və milli dialoq vasitəsilə mülki idarəetməyə keçməyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 06 Oktyabr 2026 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















