Starmer Trampla Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə edəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla şəxsi görüşü zamanı Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Kir Şotlandiyada danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək”, - məqalədə deyilir.
Qeyd edək ki, Starmer və Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılıb və həmin danışıqlar ABŞ prezidentinin iyulun 29-dək səfərdə olduğu Şotlandiyada aparılmalıdır.
Həmçinin görüşün əsas mövzusu ABŞ və Böyük Britaniya arasında ticarət sazişi olacaq.
İki ölkə liderləri Qəzza zolağındakı vəziyyətə də toxunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 İyul 2025 04:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















