Icma.az
close
up
RU
ABŞ VƏ UKRAYNA RAZILIĞA GƏLDİLƏR 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı bərpa edilir...

ABŞ VƏ UKRAYNA RAZILIĞA GƏLDİLƏR 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı bərpa edilir...

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün - martın 11-də ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərində keçirdikləri 9 saatlıq danışıqlarda davamlı sülhü bərpa etmək üçün ilikin razılaşma əldə olunub.

“AzPolitika” xəbər verir ki, bu barədə danışıqların yekun bəyanatında deyilir. Bəyanat Ukrayna Prezidentinin saytında yayımlanıb.

Qeyd olunur ki, Kiyev kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, Amerika yardımının bərpası müqabilində Rusiya ilə 30 günlük atəşkəsə razılaşıb. Zelenski deyib ki, atəşkəs təklifi əvvəllər təklif edildiyi kimi təkcə hava və dənizdə deyil, cəbhə xəttinə də aiddir.

Tərəflər həmçinin nadir torpaq metalları ilə bağlı razılaşmanın mümkün qədər tez əldə olunması barədə razılığa gəliblər.

Nümayəndə heyətləri “Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhün” yaradılması üçün danışıqlar qrupları yaratmaq və dərhal məsləhətləşmələrə başlamaq barədə də razılığa gəliblər.

Ukrayna nümayəndə heyətinə başçılıq edən Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak danışıqlardan sonra yazıb: “Birləşmiş Ştatlar Rusiyaya sülhün əldə edilməsinin açar məsələsinin sülhə qarşılıq verilməsi olduğunu çatdıracaq. Rusiya da eyni addımı atsa, Ukrayna 30 günlük atəşkəslə razılaşır. Kiyev ABŞ-nin təklifini qəbul edir”.

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın çox yaxın gələcəkdə atəşkəslə razılaşacağına ümid etdiyini bildirib.

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals görüşdən sonra bildirib ki, Ukrayna nümayəndə heyəti münaqişəyə son qoymaq üçün konkret addımlar və təkliflər təqdim edib. O, həmçinin əlavə edib ki, yaxın günlərdə Rusiyanın nümayəndəsi ilə danışacaq.

Ağ Evin mətbuat katibi Kerolin Levitt də öz növbəsində Amerika və Ukrayna tərəfləri arasında danışıqların müsbət və konstruktiv keçdiyini bildirib.

“Nümayəndə heyətləri həmçinin atəşkəs rejimi çərçivəsində sülh prosesinin bir hissəsi kimi humanitar səylərin, o cümlədən hərbi əsirlərin mübadiləsi, saxlanılan mülki şəxslərin azad edilməsi və köçkün ukraynalı uşaqların öz vətənlərinə qaytarılmasının vacibliyini müzakirə ediblər”, - Ukrayna tərəfinin bəyanatında deyilir.

Moskva hələ ki, Ciddə görüşünə münasibət bildirməyib. Rusiyanın TASS dövlət xəbər agentliyi danışıqların yekunlaşdığını və çərşənbə günü davam etdirilməsinin gözlənildiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki hesabında bildirib ki, Amerika tərəfi onların arqumentlərini başa düşür, təkliflərini qəbul edir: “Amerika Birləşmiş Ştatları Rusiyanı buna inandırmalıdır. Yəni biz razıyıq və əgər “ruslar” razılaşsa, o dəqiqə sükut qüvvəyə minəcək. Bu gün söhbətin mühüm elementi Amerikanın Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat yardımını bərpa etməyə hazır olmasıdır. Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirmək və ya müharibəni davam etdirmək istəyini nümayiş etdirməlidir. Tam həqiqətin vaxtıdır. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm”.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Mart 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri