Icma.az
close
up
RU
ABŞ və Ukraynanın Səudiyyə Ərəbistanındakı danışıqları başa çatıb: əsas bəyanatlar

ABŞ və Ukraynanın Səudiyyə Ərəbistanındakı danışıqları başa çatıb: əsas bəyanatlar

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Vaşinqton kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı fasiləni ləğv edir və Ukraynaya təhlükəsizlik sahəsində yardımı bərpa edir..."

Dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşün yekunlarına dair birgə bəyanat yayılıb.

Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hər iki ölkənin nümayəndələri "Ukrayna xalqının öz ölkəsini qorumaq uğrunda göstərdiyi cəsarəti yüksək qiymətləndirib" və bildiriblər ki, "dayanıqlı sülhə nail olmaq prosesinə başlamağın vaxtı çatıb".

Ukrayna nümayəndə heyəti, Ukrayna xalqının prezident Trampa, Konqresə və ABŞ xalqına sülh yolunda əhəmiyyətli irəliləyişin mümkün olmasına verdikləri töhfəyə görə dərin minnətdarlığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, tərəflər "Ukraynada dayanıqlı sülhün bərpası istiqamətində mühüm addımlar atıb və bir sıra mühüm razılaşmalar əldə edib".

Atəşkəs

Birgə bəyanata əsasən, Kiyev ABŞ-ın təklifini qəbul etməyə və dərhal 30 günlük atəşkəs rejimi tətbiq etməyə hazırdır. Bu müddət uzadıla bilər. Əsas şərt isə Rusiya Federasiyasının eyni anda atəşkəsi qəbul edib yerinə yetirməsidir.

Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts jurnalistlərə bildirib ki, tərəflər ABŞ-la təhlükəsizlik təminatlarını və münaqişənin necə bitəcəyinə dair əsas detallarını müzakirə edib. İndi ABŞ Rusiya tərəfi, G7 ölkələrinin xarici işlər nazirləri və NATO-nun baş katibi Mark Rütte ilə məsləhətləşmələr aparmağı planlaşdırır.

ABŞ Dövlət katibi Marko Rubio qeyd edib ki, indi qərar vermək Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, bu müharibəni hərbi yolla bitirmək mümkün deyil və danışıqlara başlamazdan öncə qarşılıqlı atəş dayandırılmalıdır:

"Bu, prezidentin görmək istədiyi addım idi və biz bu gün Ukrayna tərəfinin bunu etməyə hazır olduğunu eşitdik. İndi bu məsələ müxtəlif kanallar vasitəsilə Rusiyaya çatdırılacaq. Ümid edirik ki, onlar buna "bəli" deyəcək".

Ukraynaya silah tədarükünün bərpası

Görüşdə ABŞ-ın kəşfiyyat məlumatlarının paylaşılmasına qoyduğu fasiləni dərhal ləğv edəcəyi və Ukraynaya təhlükəsizlik sahəsində yardımı bərpa edəcəyi razılaşdırılıb.

Mübadilə məsələsi

Danışıqlar zamanı hərbi əsirlərin mübadiləsi, ukraynalı mülki şəxslərin azad edilməsi və Ukraynadan zorla köçürülmüş uşaqların geri qaytarılması məsələləri müzakirə olunub. Daha sonra Rubio bildirib ki, birbaşa danışıqlar zamanı bir çox humanitar problemləri həll etmək lazım gələcək.

Fosil ehtiyatları ilə bağlı razılaşma

ABŞ və Ukrayna prezidentləri Ukraynanın strateji mineral ehtiyatlarının işlənməsi ilə bağlı hərtərəfli razılaşmanın tez bir zamanda imzalanması barədə razılığa gəlib.

Danışıqlar prosesi

Hər iki tərəf danışıqlar qrupunun tərkibini müəyyənləşdirməli və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək dayanıqlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamalıdır. Kiyev bu prosesə Avropa tərəfdaşlarının da qoşulmasının vacib olduğunu vurğulayıb.

Prezidentlərin bəyanatları

Vladimir Zelenski bildirib ki, Ukrayna tərəfi görüşdə hava və dənizdə atəşkəsin elan olunmasını, eləcə də əsirlərin azad edilməsini təklif edib. 

ABŞ isə cəbhə xətti boyunca 30 günlük atəşkəs planı irəli sürüb. Ukrayna bu təkliflə razılaşıb, indi isə ABŞ Rusiyanı eyni addımı atmağa razı salmalıdır. Atəşkəs yalnız Moskvanın razılığı ilə qüvvəyə minəcək:

"Ukrayna sülhə hazırdır. Müharibəni dayandırmağa və ya davam etdirməyə hazır olub-olmadıqlarını Rusiya nümayiş etdirməlidir. Tam həqiqəti görmək vaxtıdır. Ukraynaya dəstək olan hər kəsə təşəkkür edirəm".

Donald Tramp ümid etdiyini bildirib ki, tam atəşkəs yaxın günlərdə əldə olunacaq. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını və Rusiya nümayəndələri ilə görüşəcəyini elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri