ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.
“Report” bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.
"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.
Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb
07 Dekabr 2024 11:23

