Icma.az
close
up
RU
ABŞ vitse prezidenti ilə almaniyalı nazir arasında “atışma” Boris Pistorius Vensin ittihamlarına cavab verdi

ABŞ vitse prezidenti ilə almaniyalı nazir arasında “atışma” Boris Pistorius Vensin ittihamlarına cavab verdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Demokratiya hər kəsin istədiyini danışa bilməsi anlamına da gəlmir”

Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin çıxışı Almaniyanın müdafiə naziri Boris Pistoriusu bərk qəzəbləndirib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Vens çıxışında demokratik institutların və söz azadlığının sarsıldığını bildirərək Avropa siyasətçilərini “seçkiləri ləğv etməkdə” günahlandırıb. O, Rumıniyada prezident seçkilərinin ləğvini sovet dövrü praktikası ilə müqayisə edib.

Vensin fikrincə, ən böyük təhlükə Çin və ya Rusiyadan yox, daxildən gəlir. O, kütləvi immiqrasiyanı Avropanın ən vacib problemi kimi qiymətləndirib. Vens Avropa liderlərini “sovet dövrü terminləri, məsələn, "dezinformasiya" kimi sözlərdən istifadə edərək fərqli fikirləri "boğmaqda" ittiham edib. Vitse-prezident həmçinin Böyük Britaniya hökumətini söz azadlığı qanunlarına görə sərt tənqidlər ünvanlayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə cavabında deyib ki, Avropada təhlükəsizlik barədə çıxış etmək niyyətində idi, amma Vensin ittihamlarına cavab vermək məcburiyyətindədir: “Mən Transatlantik Alyansa dərin inam bəsləyirəm. Mən ABŞ-ın sadiq müttəfiqi və dostuyam. "Amerika arzusu" həmişə məni heyran edib və mənə təsir göstərib.Buna görə də, az öncə eşitdiklərimizi sadəcə görməzdən gələ bilmərəm. ABŞ-nin vitse-prezidentinin çıxışını şərh etmədən keçə bilmərəm. "Biz sizin bizə qarşı olmaq haqqınız uğrunda mübarizə aparırıq". Bu, Bundesverin şüarlarından biridir. Və o, demokratiyamızı təmsil edir. Bu demokratiya az əvvəl ABŞ-nin vitse-prezidenti tərəfindən şübhə altına alındı. Və təkcə Almaniya demokratiyası deyil, bütün Avropanın demokratiyası.

O, demokratiyanın ləğv edilməsindən danışdı. Və əgər mən onu düzgün başa düşdümsə, Avropanın mövcud vəziyyətini bəzi avtoritar rejimlərin vəziyyəti ilə müqayisə etdi. Xanımlar və cənablar, bu, qəbuledilməzdir. Bizim demokratiyamızda hər bir fikir, səs qazanır. Bu, hətta "Almaniya üçün Alternativ" kimi yarı-ekstremist partiyalara da aiddir – onlar da digər partiyalar kimi seçkilərdə iştirak edə bilirlər, çünki bu, demokratiyadır.

Əgər vitse-prezident dünən buraya gələndə televizorunu açmaq fürsətini tapsaydı, o, bu namizədlərdən birini TV efirində görə bilərdi. Biz, hətta, Rusiya təbliğatını yayan media orqanlarını belə efirə buraxırıq və federal hökumət nümayəndələri onların suallarına cavab verir. Amma bu praktikaya son qoymaq lazım ola bilər. Heç kim kənarda saxlanılmır.

Lakin demokratiya o demək deyil ki, səs-küylü azlıqlar həmişə haqlıdır və onlar həqiqətin nə olduğunu müəyyən edə bilərlər. Bu, hər kəsin istədiyini danışa bilməsi anlamına da gəlmir. Demokratiya özünü onu məhv etmək istəyən ekstremistlərdən qoruya bilməlidir.

Mən hər gün demokratiyanın daxili və xarici düşmənlərdən qorunduğu bir Avropada yaşadığım üçün xoşbəxtəm. Buna görə də, vitse-prezident Vensin irəli sürdüyü "bizim demokratiyalarımız azlıqları susdurur və boğur" fikrini açıq şəkildə təkzib etmək və ona qarşı çıxmaq istəyirəm.

Biz yalnız ölkələrimizi kimdən qoruduğumuzu deyil, həm də nə üçün qoruduğumuzu bilirik. Demokratiya, fikir azadlığı, qanunun aliliyi və hər birimizin ləyaqəti naminədir xanımlar və cənablar”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri